header

 Radikal dini cərəyanlar cinayətlərini ölkəmizdən kənarda törədirlər

Azərbaycanda dinə etiqad etməyə məcbur etmə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə ilə bağlı cəzaların sərtləşdirilməsi gözlənilir


Milli Məclisdən bununla bağlı Cinayət Məcəlləsinin 167-1 və 168-ci maddələrinə dəyişikliklər təklif olunur. Dəyişikliklər layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

Ekspertlərimiz isə bildirir ki, dini zəmində neqativ halların qarşısının alınması təkcə cəzaların sərtləşdirilməsi ilə mümkün deyil. Radikal dini hadisələrin başvermə səbəbləri də ciddi araşdırılmalı, bunun yaranma zərurəti müəyyən edilməlidir. Cəzaların sərtləşdirilməsinin bəzi dini cərəyanların radikallaşması ilə nəticələnməməsi üçün ilk öncə maariflənmə və müvafiq məsuliyyətli qurumların dindarlarla intensiv əlaqəsinə diqqət edilməlidir. Ölkədəki zərərli cərəyanların bəzisi qeyri-qanuni əməllərini, qeyri-bəşəri dini ayinlərini ölkəmizdən kənarda həyata keçirir. Suriya və İraqda terrorçu qismində döyüşən vətəndaşlarımızın “cihad” ayini buna bariz nümunədir. Ümumiyyətlə, qeyri-qanuni hadisələrin qarşısının alınması üçün qanunun sərtliyi ilə yanaşı, radikallığa meyilli dini cərəyanlarda əqidə reforması xarakteri daşıyan islahedici tədbirlər  də həyata keçirmək olar

 

Qeyd edək ki, Azərbaycanda dinə etiqad etməyə məcbur etmə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə ilə bağlı cəzaların sərtləşdirilməsi gözlənilir.


Belə ki Birlik.az saytının verdiyi məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 167-1 və 168-ci maddələrinə dəyişikliklər təklif olunur.

Maddə 167-1.1-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə 5 min manatdan 10 min manata qədər cərimə və  6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalanacaq. Bu cəzanın hazırda qüvvədə olan variantında isə qeyd olunan əməllər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Cəzanın hazırda qüvvədə olan variantında isə bu əməllər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.

Maddə 168-ə təklif olunan dəyişiklikdə isə bildirilir ki, dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə 10 min manatdan 15 min manata qədər cərimə və ya 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan variantda isə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Dəyişikliklər layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

Azərbaycanda dinə etiqad etməyə məcbur etmə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə ilə bağlı cəzaların sərtləşdirilməsi gözlənilir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap