header

 Ədalət partiyası işğalçı İsrail rejiminin əleyhinə bəyanat yaydı

Ərdəbil Məhde Təşəyyo” İslamazeri.az İnternet Qəzeti-a istinadən xəbər verir ki, Ədalət partiyası işğalçı İsrail rejiminin Qəzza zolağında törətdiyi qətliamları qınayan bəyanat yaydı.

 

İslamazeri.az İnternet Qəzetinə daxil olan bəyanatda deyilir ki, “Məlum olduğu kimi iyulun 7-dən etibarən İsrailin Qəzzaya qurudan, havadan və dənizdən mütəmadi hücumları davam etməkdədir. Təəssüf ki, işğalçı rejimin bu dəfəki hücumlarında da dünyasını dəyişən və yaralananlar içində azyaşlılar daha çoxdur. Fələstinin yüzlərlə mülki vətəndaşının öldüyü, minlərləsinin yaralandığı bu qeyri-bəşəri hadisəyə dünya ictimaiyyəti, mediası, beynəlxalq təşkilatlar, böyük dövlətlər yetərincə diqqət ayırmamaqda, etinasız yanaşmaqdadırlar. Bütün bunların fonunda İsrail hakimiyyəti özündə daha da cürət taparaq vandallığını intensivləşdirməkdədir.

Dünyanın harasında olmasından, dinindən, milliyyətindən asılı olmayaraq, azacıq da olsa ədalət, insaf, şəfqət hissi olan hər bir insan bu vəhşiliyə səssiz qalmamalıdır. Həmçinin biz Azərbaycan xalqı olaraq fələstinlilərin ağrı-acısını daha yaxşı başa düşürük. Çünki bizim vətənimiz, vətəndaşlarımız da analoji vandalizmlə yaxın keçmişdə qarşılaşmışdır. Onu da unutmamalıyıq ki, İsrail-Fələstin münaqişəsində Azərbaycan-Ermənistan münaqişəsinə oxşar çox cəhətlər var. Bu cəhətlərdən birincisi və ən təhlükəli olanı tarixi iddiadır. Belə ki, İsrail Fələstin ərazisində min illər bundan əvvəl yəhudi dövlətinin olduğunu iddia edərək Fələstini işğal edir.

Eyni məntiqlə (Böyük Ermənistan xülyası ilə) Ermənistan qoşunları Dağlıq Qarabağı öz nəzarətlərinə alaraq bu ərazinin Azərbaycandan ayrılmasını tələb edirlər. Başqa bir oxşar cəhət isə budur ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı BMT tərəfindən qəbul edilmiş dörd qətnamə yerinə yetirilmir, əksinə Azərbaycana mümkün yardımlara məhdudiyyətlər qoyulur. Eyni ilə belə münasibət İsrail-Fələstin münaqişəsində də aydın görünür. İsrail BMT-nin qəbul etdiyi qətnamələri vecinə almır.

Bunu da unutmaq olmaz ki, İsrail rejiminin və onu müdafiə edən imperializmin qurbanı olmuş fələstinlilər Ermənistandan, Dağlıq Qarabağdan və işğal edilmiş ətraf rayonlardan qovulmuş günahsız azərbaycanlılarla eyni taleyi yaşayırlar. Belə olan halda bizlər məzlum fələstin xalqının vəziyyətini daha yaxşı anlamalıyıq. Ədalət Partiyası olaraq İsrailin Qəzzaya olan tamamilə əsassız hücumu qınayır və hər bir kəsi, siyasi fikirlərindən, şəxsi maraqlarından asılı olmayaraq bu qeyri-insani halı pisləməyə çağırırıq .”

Ərdəbil Məhde Təşəyyo” İslamazeri.az İnternet Qəzeti-a istinadən xəbər verir ki, Ədalət partiyası işğalçı İsrail rejiminin Qəzza zolağında törətdiyi qətliamları qınayan bəyanat yaydı.
Ərdəbil Məhde Təşəyyo
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap