header

 İŞİD sionistlərin layihəsidir» deyən Hollandiya rəsmisi işdən qovuldu


“Ərdəbil Məhde Təşəyyo”-in verdiyi məlumata görə, Hollandiyanın Təhlükəsizlik və Ədliyyə Nazirliyində  işləyən Jasmin Haifinin İŞİD  terror dəstəsi haqqında  Tvitterdə yazdığı  mesaj işdən qovulmasına səbəb olub. Millət vəkilləri Haifinin ümumiyyətlə bundan sonra da dövlət işlərində çalışmamasını istəyirlər.

Ədliyyə Nazirliyinin nəzdindəki Siber Beynəlxalq Təhlükəsizlik Mərkəzində layihə lideri  olaraq işləyən  Haifi paylaşdığı statusda  İŞİD-in İslamla heç bir əlaqəsi olmadığını, sadəcə bu dini qaralamaq məqsədiylə  sionistlər tərəfindən  planlaşdırılmış bir qruplaşma olduğunu qeyd etmişdi.

Haifinin bu mesajı sərt reaksiyalara səbəb olub. Bundan sonra Təhlükəsizlik və Ədliyyə nazirliyi ilə ortaq layihəyə malik  NCTV adlı qurum  Haifinin işdən qovub.

Jasmin Haifi isə ifadə azadlığından istifadə etdiyini söyləyib: «Belə çıxır ki, bunun üçün əvəz ödəməliymişəm. Halbuki, bu, mənim şəxsi düşüncələrimdir.»

Haifi həmçinin Hollandiya radiosuna verdiyi müsahibədə «İŞİD-in  sionist İsrail dövləti ilə aralarında bir bağlantı olduğunu göstərən çoxlu sayda dəlillər var. Yazdığım tvit də bununla əlaqədardır», deyə bildirib.

Nazirlik Haifinin bundan sonra vəzifəsinə davam edib etməyəcəyi barədə hələ ki, bir açıqlama verməyib.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap