header

 İndi Sovet dövrü deyil

Əliyev düşünür ki, Ukrayna dünyanın başını qarışdırıb, bundan istifadə edə bilər

“Ərdəbil Məhde Təşəyyo -ın  "Azadlıq.info"-a istinadən görə , Dünyanın ən nüfuzlu nəşrlərindən biri sayılan ABŞ-ın “The Washington Post” qəzeti Azərbaycandakı repressiyalar, o cümlədən hüquq müdafiəçilərinin həbsindən bəhs edən məqalə dərc edib. “Azərbaycan tanınmış hüquq müdafiəçilərini absurd ittihamlarla təqib edir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

 Müxalif fikrə dözümsüz olan avtokrat ətrafda casuslar və satqınlar görməyə başlayırsa, bu o deməkdir ki, sayıq olmağın vaxtıdır. Neftlə zəngin, lakin azadlıqlara həsrət olan keçmiş sovet ölkəsi Azərbaycanda məhz bu vaxtdır. Ilham Əliyev rejimi ölkədə ən açıq danışan tənqidçilərdən biri olan hüquq müdafiəçisi Leyla Yunusu və onun həyat yoldaşı, tarixçi Arif Yunusu həbs edib.

Onlara qarşı dövlətə xəyanət, dələduzluq, vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olmaq kimi ittihamlar irəli sürülüb. Ilham Əliyev düşünür ki, Ukraynada baş verən böhran dünya ictimaiyyətinin başını qarışdırıb və bu fürsətdən istifadə edərək tənqidçilərinin ağzını yummaqla doğru addım atır. Lakin indi sovet dövrü deyil. Belə qeyri-sivil davranışı gizlətmək olmur. Həbslər beynəlxalq hüquq-müdafiə qrupları və digər təşkilatlar tərəfindən sərt etirazla qarşılanıb.

Əliyev xaricdən ona hörmət edilməsini gözləyir. Ancaq onun əməlləri pislənməlidir. Leyla və Arif Yunuslar dərhal azad olunmalıdır. Əgər azad edilməsələr, Avropa Şurasından soruşmaq lazımdır ki, insan haqlarının əsas prinsiplərinə və qanunun aliliyinə hörmət etməyənlərin sədrliyilə nə vaxta qədər dözəcək?

Əliyev düşünür ki, Ukrayna dünyanın başını qarışdırıb, bundan istifadə edə bilər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap