header

 Rusiyanın Qərbdən ərzaq idxalı qadağası Bakıda ikiqat bahalaşma yaratdı

"Azərbaycanın ticarət obyektləri və topdansatış bazarlarında bəzi meyvə-tərəvəz məhsullarının qiyməti 50 faiz, bəzilərininki isə hətta iki dəfədən çox artıb".

 Bunu salamnews.az saytına aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib.

 V.Məhərrəmovun sözlərinə görə, Azərbaycandan Rusiyaya tərəvəz məhsulları və meyvə ixracının artması daxili bazarda eyni növ məhsulların bahalaşmasına səbəb olub: “Çünki Rusiya ona sanksiya tətbiq edən bir sıra Qərb ölkələrindən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Şimal qonşumuz hər il təxminən 46 milyard dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulu idxal edir. Burada Azərbaycanın payı cüzidir. Azərbaycan il ərzində Rusiyaya 250-300 milyon dollar civarında kənd təsərrüfatı məhsulu ixrac edir. Rusiyanın tətbiq etdiyi qadağa digər ölkələrdən, o cümlədən Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının artması ilə müşayiət olunur”.

 Ekspert onu da qeyd edib ki, Rusiyada əhalinin alıcılıq qabiliyyəti Azərbaycandan xeyli yüksəkdir: “Bu səbəbdən Rusiyada Azərbaycan məhsullarına daha çox dəyər verilir. Bu vəziyyətdən yararlanan Azərbaycan tədarükçüləri ixracı artıracaqlar”.

 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap