header

 Seyyid Həsən Nəsrullah İraqla bağlı çıxış edib“Əgər biz Suriyaya müdaxilə etməsəydik, hazırda İŞİD Beyrutda idi”

Seyyid Həsən Nəsrullah İraqla bağlı çıxış edib

İslamazeri.az-ın Livanın “əs-Səfir” qəzetinə istinadən verdiyi xəbərə əsasən, “Hizbullah” lideri Seyid Həsən Nəsrullah İŞİD-in Mosul və İraqın bəzi bölgələrinə daxil olması ilə bağlı açıqlama verib.

Ölkənin cənub bölgəsinin məsulları ilə görüşən Həsən Nəsrullah Nəcəf təqlid mərcələrinin bu barədə olan mövqelərini dəstəklədiyini bildirərək deyib: “Mərcəiyyətin terrorçularla bağlı verdiyi açıqlamalar müəyyən bir məzhəbin qorunması üçün yox, bütün İraqın təhlükəsizliyi üçün idi.”

O, sözlərinin davamında bəzilərinin “Hizbullah”-ın Suriyada olan məsələlərə müdaxiləsinə etiraz bildirmələrinə cavab olaraq deyib: “Niyə biz o sözləri İŞİD barədə eşitmirik və niyə bu qrup tənqid olunmur? Əgər biz Suriyaya münasib yöntəm və keyfiyyətlə müdaxilə etməsəydik, hazırda “İŞİD” Beyrutda idi. Əmin olun ki, quyuya elə quyu qazanın özü düşəcək. Artıq müqəddəslərə hörmətsizliyə icazə vermə dövrü bitib.”

O, həmçinin Livanda keçiriləcək olan prezident seçkilərinə də toxunaraq bildirib ki, “Biz “Hizbullah” olaraq ən yaxın zamanlarda bizə arxadan xəncər vurmayacaq bir prezidentin seçilməsinin tərəfdarıyıq.”

islamazeri.az

Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap