header

 Putin Krıma getdi

Dövlət başçısıyla görüşdə ölkənin siyasi aktivi toplaşacaq, Putin böyük nitqlə onlara müraciət edəcək

 

“Ərdəbil Məhde Təşəyyo -ın  "azadlıq.info"-a istinadən xəbərə görə , Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının təhlükəsizlik şurasının üzvləriylə operativ müşavirə keçirəcəyi Sevastopola gəlib.

 Verilən məlumata görə, dövlət başçısının təyyarəsi Belbek aerodromunda yerə enib. Müşavirə Qara dəniz flotunun qərargahında keçəcək . Sevastopol Putinin yarımadaya ikigünlük səfərinin birinci məntəqəsi olub. 14 avqustda o, Yaltada "Mriya" sanatoriya-kurort kompleksində Dövlət dumasının deputatlarıyla görüşəcək .

"Ölkə həyatının aktual sualları və məsələləri üzrə parlament üzvləriylə açıq danışıq gözlənilir", - deyə Kremlin mətbuat xidməti qeyd edib . Bu görüşdə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev, "Vahid Rusiya" sədri, Dövlət dumasının spikeri Sergey Narışkin, bütün duma fraksiyalarının rəhbərləri və nazirlər iştirak edəcəklər . Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, dövlət başçısıyla görüşdə ölkənin siyasi aktivi toplaşacaq , Putin böyük nitqlə onlara müraciət edəcək. Deputatlar prezidentə öz suallarını verə biləcəklər .

Sonra Putin Yaltada Çexovun ev-muzeyinə baxacaq və Rusiyanın mədəni sahəsinə Krım Respublikasının inteqrasiyası məsələlərini müzakirə etmək üçün mədəniyyət xadimləriylə görüş keçirəcək . Bu, artıq Rusiya ilə Krımın birləşməsindən sonra prezidentin ora ikinci səfəridir. 9 mayda Putin Sevastopolda dəniz və hava paradını müşahidə edib.

 

Dövlət başçısıyla görüşdə ölkənin siyasi aktivi toplaşacaq, Putin böyük nitqlə onlara müraciət edəcək
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap