header

 Qərbdən gələn mesaj iqtidarı təşvişə salıb

Hakimiyyət vəziyyətdən çıxmaq üçün nə edəcəyini bilmir.

“Ərdəbil Məhde Təşəyyo -ın  "Azadlıq radiosu"-a istinadən görə ,

 1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri və hazırda ABŞ-da Corc Mayson Universitetinin professoru olan Riçard Kozlariçin “Azadlıq” radiosuna müsahibəsində səsləndərdiyi bəzi fikirlər Azərbaycan hakimiyyətində narahatlıq yaradıb. Qeyd edək ki, müsahibə bir neçə gün əvvəl yayılıb. Kozlariç müsahibədə Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmalar və ölkəmizdə insan haqları fəallarının həbsilə bağlı fikirlərini bölüşüb.

Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan hakimiyyətini ən çox narahat edən Kozlariçin aşağıdakı fikirləridir:

 “Bu cür hərəkətləri ilə o, Eurovision, Birinci Avropa Olimpiya Oyunları kimi nüfuzlu layihələrə də kölgə saldı. Daha bir vacib məqam odur ki, Əliyev Putinin əlinə oynamaqla özünü Avropa və ABŞ-dan uzaq saldı. Işləri yoluna qoymaq üçün o, 3 əsas istiqamətdə iş görməlidir:

·         Birincisi, təmas xəttində anlamsız və faciəvi zorakılığı dayandırmaq üçün Ermənistan prezidenti ilə vasityəçilərsiz, bir başa danışıqlara başlamalıdır.

·         Ikincisi, bütün siyasi məhbusları azad etməlidir.

·         Üçüncüsü də Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupu çərçivəsində prosesi bərpa etməlidir".

Məlumatda bildirilir ki, iqtidar Kozlariçin bu fikirlərini özünün şəxsi qənaəti hesab etmir. Hakimiyyət bunu Qərbin mesajı kimi dəyərləndirir. Iqtidarda düşünürlər ki, Qərb bununla artıq münasibətlərin pozulduğunu diqqətə çatdırır. Bu isə hakimiyyət üçün ağır nəticələrə səbəb ola bilər. Vəziyyətdən çıxış üçün sadalanan şərtlər isə hakimiyyət üçün arzuolunmazdır. Iqtidar xüsusilə siyasi məhbuslarla bağlı şərti qəbul etmək istəmir. Beləliklə, hakimiyyət hazırda əndişə içindədir. Nə edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir.

Hakimiyyət vəziyyətdən çıxmaq üçün nə edəcəyini bilmir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap