header

 Möhsün Pakayin Tehran-Bakı münasibətlərinin inkişafından yazıb

 Azərbaycan Respublikasının Prezidentinin bildirdiyi “İran və Azərbaycan regional bir müttəfiqə çevrilə bilərlər” bəyanatı iki ölkə rəhbərlərinin münasibətlərin hərtərəfli inkişaf etdirilməsində ciddi əzmkarlıq göstərdiklərini aydın şəkildə nümayiş etdirdi və göstərdi ki, tərəflər ən yüksək nailiyyətdən başqa heç nə ilə qane olmazlar.
 
Rabitə və Texnologiyalar naziri Mahmud Vaezinin müştərək iqtisadi komissiyanın iclasını keçirmək üçün Azərbaycan Respublikasına son səfəri Tehran-Bakı əlqələrinin inkişaf etdirilməsində mühüm addım hesab olunur. Əslində bu səfər Azərbaycan Respublikası Prezidentinin bu ilin aprel ayrel ayında İrana etdiyi səfərinin sürətli təsiri və nəticəsini göstərdi və aşağıdakı dəlillərə görə iki ölkə münasibətlərində yeni bir səhifə aça və tərəflərin mənafeyinə cavab verə bilər.
 
İki ölkə arasında müştərək iqtisadi komissiyanın keçirilməsində yaranmış dörd illik fasilədən sonra belə bir səfərin reallaşması və Bakıda iclasının sonunda əməkdaşlığa daim protokolun imzalanması son iki ildə hər iki ölkə tərəfindən etimad yaratmağa dair səylərin müvəffəqiyyətli olduğundan xəbər verir və münasibətləri inkişaf etdirmək üçün Tehran və Bakının siyasi iradəsini göstərir. Eyni halda ölkəmizin dünya ilə yeni əməkdaşlıqları, beynəlxalq aləmin ölkəmizə müsbət baxışları və “tədbir və ümid dövləti”nin qonşu ölkələrlə münasibətlərin gücləndirməsinə təkid etməsi, həmçinin İranın böyük iqtisadi potensialı və ölkəmizin infrastruktur, elm, texnologiya, yeni elmlər və bu kimi sahələrində müvəffəqiyyətləri müsəlman və qonşu ölkə olaraq Azərbaycan Respublikası ilə müştərək əməkdaşlıqlar üçün zəmin yaradır.    
 
İran tərəfinin Bakıya ezam etdiyi heyət sənaye, neft, qaz, neft-kimya, su, elektrik enerjisi, rabitə və informasiya texnologiyaları, turizm və səhiyyə sahələrinin yüksək dövlət nümayəndələrindən, eləcədə özəl sektorun fəalllarından ibarət təcrübəli, məqsədli və böyük iqtisadi potensiala malik bir nümayəndə heyəti idi. Qarşı tərəf də qəti məqsədlə, dövlət və özəl sektorun əsas iqtisadi fəallarının iştirakı ilə müştərək komissiyanın iclasında iştirak edirdi. Çox cüzi fikir ayrılığı ilə əməkdaşlığa dair protokolun, həmçinin İranın İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı (OİETAİ) ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun    (AZPROMO) arasında əməkdaşlığa dair anlaşmanın imzalanması hər iki tərəfin maksimum anlaşmaya çatmaq üçün güclü iradəsini göstərirdi.  Nəzərə gəlir ki, tərəflər bir-biri üçün yaxşı ticarət şəriki ola biləcəkləri qənaətinə gəlmiş və hər iki ölkədə iqtisadi potensialları tanımaqla və əldə olunmuş razılaşmaları həyata keçirməklə müsbət iqtisadi nailiyyətlərə çata biləcəklər.
 
MDB ölkələri arasında Azərbaycan Respublikası İrandan ticarət mallarını daha çox idxal edən ölkədir və ticarət mübadiləsi həmişə müsbət və İranın xeyrinə olub. Bu, iki ölkə arasında ticarət mübadilələrinin daha da dərinləşməsindən əlavə tərəflər arasında strateji münasibətlərin formalaşmasına səbəb ola bilər. Sözsüz sərhədin hər iki tərəfində qanun-qaydaların sahmana salınması, özəl sektorun fəaliyyəti üçün münasib şəraitin və lazımi dəstəyin yaradılması, xüsusilə Azərbaycan tərəfinin vizaların verilməsində sadələşdirmənin həyata keçirməsi ilə ən qısa zamanda iqtisadi münasibətlərin genişlənməsinin şahidi olacağıq.
 
Azərbaycan Respublikası üçün İranla ticarətin ən ümdə üstünlüyü yolun yaxın olması və iki ölkə sərhədlərinin uzun olmasıdır. Bu üstünlük Azərbaycanın iqtisadi bazarını İran vasitəsilə Fars körfəzi iqtisadi bazarına və oradan beynəlxalq bazarlara birləşdirə bilər. Digər tərəfdən Azərbaycan Respublikası Qafqazda ən güclü iqtisadiyyata malik olmaqla və bu regionun giriş qapısı kimi İran İslam Respublikası üçün faydalı tranzit hesab oluna bilər.
 
İranla Azərbaycan Respublikası arasında əməkdaşlığın genişləndirilməsi üçün zəmin yarada biləcək əsas sahələrdən biri də özəl sektorlar arasında əlaqələrin gücləndirilməsi ola bilər.
 
Tehran və Ərdəbil vilayətinin iş adamlarından və tacirlərindən ibarət otuz nəfərlik nümayəndə heyətinin Doktor Vaezi ilə birlikdə Bakıya səfər etməsi və səfərin sonuncu günü ticarət palatalarının mehvərliyi və iki ölkə nazirlərinin iştirakı ilə keçirilən biznes forum tərəflərin özəl sektorun fəaliyyət göstərməsi üçün münasib şəraitin yaradılmasının vacibliyinə inandıqlarını göstərdi. İran və Azərbaycan Respublikası öz münasibətlərini gücləndirmək üçün yeni sahələrdə əməkdaşlıq etmək barədə qərar qəbul ediblər. Tərəflər özəl sektorun mehvərliyi ilə və yeni iqtisadi imkanları öyrənməklə hər iki tərəfin mənafeyini təmin edə biləcək konstruktiv əməkdaşlığa çatmaq üçün yollar arayacaqlar. İki ölkənin özəl sektoru ticarət, tranzit və enerji sahələrində əməkdaşlıq imkanlarını öyrənməli və yolun yaxınlığını, daşınma xərclərinin iqtisadi baxımdan sərfəli olduğunu və iki ölkə bazarlarında müxtəlif məhsullara tələbatın günü-gündən artdığını nəzər almaqla öz əlaqələrini inkişaf etdirməlidirlər.
 
Doktor Vaezinin rəsmi şəxslərlə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti ilə görüşü və Azərbaycan Respublikasının Prezidentinin bildirdiyi “İran və Azərbaycan regional bir müttəfiqə çevrilə bilərlər” bəyanatı iki ölkə rəhbərlərinin münasibətlərin hərtərəfli inkişaf etdirilməsində ciddi əzmkarlıq göstərdiklərini aydın şəkildə nümayiş etdirdi və göstərdi ki, tərəflər ən yüksək nailiyyətdən başqa heç nə ilə qane olmazlar. Digər tərəfdən Tehran və Bakı tarixi, mədəni, dini və dil baxımından müştərək bağlara malik olan iki ölkə olmaqla yanaşı regional təhlükəsizliyin təmin edilməsində xüsusi diqqət yetirirlər. İki ölkə rəsmiləri regionda ifratçılığın şiddətlənməsindən nigarandırlar və bu səbəbdən ifratçılıq məsələsi hər iki ölkə üçün təhlükəsizlik mövzusu və əməkdaşlıq üçün mehvər hesab olunur.
 
Sonda qeyd olunmalıdır ki, ölkəmizin Prezidenti cənab Doktor Həsən Ruhaninin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Davos şəhərində görüşü, cənab Əliyevin Davos görüşündən iki ay sonra Tehrana səfəri və ölkə rəhbərliyi ilə səmimi görüşləri müştərək iqtisadi komissiyanın doqquzuncu iclasının müvəffəqiyyətli keçirilməsi üçün zəmin yaratdı. İki ölkənin ciddi əzmkarlığını nəzərə alaraq demək olar ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər xüsusi əhəmiyyət kəsb etmişdir və bu münasibətlərin inkişaf etdirilməsi üçün heç bir maneə yoxdur. 
 
Möhsün Pakayin
İran İslam Respublikasının
Azərbaycan Respublikasındakı səfiri
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap