header

 Mövsüm Səmədov Abgül Süleymanovun mübarizəsindən yazdı

12 il zindana məhkum edilmiş AİP lideri hacı Mövsüm Səmədov saxlanıldığı həbsxanadan Hacı Abgül Süleymanovla əlaqədar yazı yazıb.

“Ərdəbil Məhde Təşəyyo   xəbər verir ki , AİP lideri hacı Mövsüm Səmədovun yazısını İslamazeri.az-a onun ailəsi verib:

"Bismihi Təala. Hər bir xalq öz övladlarının səyi nəticəsində öz səadətini təmin edir. Bir xalqın nə qədər çox iradəli, pak, elm və mənəviyyata rəğbətli, igid və şücaətli övladları olarsa, digər xalqlar içində hörmət və ehtiramı bir o qədər yüksələr. Xalqımız da tarix boyu belə şəxsiyyətlərlə zəngin olub və zaman keçdikcə bu istedadını itirməmişdir. Bu gün öz istiqlaliyyətini ələ gətirmiş xalqımız məhz belə oğulların himmətinə göz dikmişdir. Belə oğullardan biri də Hacı Abgül Süleymanovdur. Gənc çağlarından din və mənəviyyata öz vücudu ilə bağlanmış Hacı Abgül Süleymanov xalqımızın qarşısında olan bütün problemlərinin həllini Qurani Kərimin göstərişlərində və məsumların (ə) həyat tərzində görmüşdür. O, elm təhsilində yüksək əzmə malik olmaqla bərabər, ruhunun tərbiyə və təzkiyəsində də ciddiyyəti əldən verməmişdir. Hacı Abgül Süleymanovun təbliğatında əsas hədəf ədalətsizlik və haqsızlıqla mübarizə durur. Bunun nəticəsidir ki, hal-hazırda o, azadlıqda deyil, zindandadır. Bu gün Hacı Abgül Süleymanovun timsalında Azərbaycan gəncliyi öz gerçək nümünəsini tapmışdır desək yanılmamışıq!"

/islamazeri.az/

12 il zindana məhkum edilmiş AİP lideri hacı Mövsüm Səmədov saxlanıldığı həbsxanadan Hacı Abgül Süleymanovla əlaqədar yazı yazıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap