header

 Şeyx Nimr barədə edam hökmü ləğv oluna bilər

Səudiyyəli Şeyx Baqir Nimr barədə edam qərarı dəyişə bilər


Ərdəbil Məhde Təşəyyo-ın “Al-Alam”-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında Əhli-Beyt (ə) davamçısı Ayətullah Şeyx Baqir Nimr barədə son hökm avqust ayının sonunda açıqlanacaq.

Riyad məhkəməsi Baş prokurorluğun Şeyx Baqir Nimr haqqında edam qərarına yenidən baxılması barədə müraciətinə baxıb.
 
Şeyx Nimrin oğlu Məhəmməd Nimr Riyad məhkəməsinin təxirə salma qərarını müsbət qiymətləndirib. O, məhkəmə iclasında atasını həbs edənlərin iştirak etməsini tələb edib.
 
Qeyd edək ki, Şeyx Nimrin edam edilməsinə etirazlar ölkə sərhədlərini keçib, müxtəlif  insan haqları təşkilatları, siyasətçilər, ruhanilər, hətta təqlid mərcələri Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləzizdən onun azad edilməsini istəyiblər.

Qeyd edək ki, Səudiyyə hökuməti nüfuzlu şeyx barədə qərarını dəyişə bilər.
 
Səudiyyəli Şeyx Baqir Nimr barədə edam qərarı dəyişə bilər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap