header

 “Biz müalicə edirik, onlar sonra sağalıb baş kəsməyə gedirlər. İŞİD silahlılarını müalicə etməkdən bezmişəm”.

Suriya və İraqda gedən döyüşlərdə yaralanmış İŞİD üzvlərinə xəstəxanalarda baxmaqdan cana doyublar

“Biz müalicə edirik, onlar sonra sağalıb baş kəsməyə gedirlər. İŞİD silahlılarını müalicə etməkdən bezmişəm”.

Bu sensasion açıqlamanı Türkiyənin Mersin əyalətindəki özəl xəstəxanada çalışan bir tibb bacısı deyib.

E.G.şərti adı ilə təqdim olunan tibb bacısı “Tərəf” qəzetinin yazarı Hüseyn Özaya müsahibəsində söyləyib ki, Suriya və İraqda gedən döyüşlərdə yaralanmış İŞİD üzvlərinə xəstəxanalarda baxmaqdan cana doyublar. Tibb bacısı anonim imza ilə Türkiyə parlamentinə və polisinə məktub göndərib.

Məktubda yazılır: “Mən tibb bacısıyam. Uzun müddətdir ki, Suriyada savaşan yaralılar müalicə üçün xəstəxanamıza müraciət edirlər. Son gələnlərin İŞİD terrorçuları olduqlarını öyrəndim. Bizim insanlar onların əlində girov olduğu halda, onlar gəlib burda müalicə olunurlar”.

Tibb bacısı qeyd edib ki, avqustda bir İŞİD komandiri də müalicə alıb:

“Avqustun 7-də Məhəmməd Əli adlı İŞİD komandiri 323 nömrəli palatada yerləşib, müalicə olunub. Onun mühafizəçiləri xəstəxanada keşik çəkirdilər. Müalicədən sonra yenidən döyüşə qayıtdılar. Bu məsələni araşdırmağınız lazımdır”.

Suriya və İraqda gedən döyüşlərdə yaralanmış İŞİD üzvlərinə xəstəxanalarda baxmaqdan cana doyublar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap