header

 Nə üçün Bakı yenə də anti-iran qruplarının məkanına çevrilib?

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra bu ittifaqdan ayrılan 14 ölkənin arasında Azərbaycan da var idi. Elə bu səbəbdən də əhalisinin əksəriyyəti şiə olan Azərbaycan ən çox şiə vətəndaşı olan 2 ölkə kimi tanınmağa başladı. Ölkə siyasətçilərinin strateji səhvləri üçündən Azərbaycan Amerika və İsrailə tərəf yönəldi və bu məsələ son illər İranla əlaqələrində böyük strslərin yaşanmasına gətirib çıxardı. Sionisr rejimin müharibə naziri Muşe Yəlunun Bakıya səfəri də rəsmi Bakı siyasətinin İsraillə olan əlaqələrindəki səhvlərindən biridir.

Bu səfər Azərbaycan Respublikasında beynəlxalq müdafiə sənayesi sərgisində iştirak məqsədi adı altında olsa da İsrailin 16 hərbi sənaye şirkətinin müharibə naziri ilə Bakıya gəlməsinin əlaqəsi anlaşılmazdır.

Əlbəttə bu səfər zamanı przident İlham Əliyev, XİN başçısı Elmar Məmmədyarov, müdafiə naziri Zakir Hüseynov kimi yüksək rütbəli rəsmilərlə görüş də Yəlunun gündəmində idi. Azərbaycan rəsmiləri bu görüşlərdə elə əvvəldə olduğu kimi israr edirdilər ki, biz İranın Azərbaycan Respublikası tərəfindən narahat edilməsinə razı deyilik və heç bir ölkəyə bu icazəni verməyəcəyik. Amma sionist rejim rəsmilərinin söhbətlərindən İlham Əliyev hakimiyyətinin İsrailə tam mənada xidmət göstərəcəyi anlaşılır.

Bəzi məlumatlı mənbələrin məlumatına görə strateji Həyfa Körfəzinin ehtiyacının 80%-i, ümumilikdə İsrailin enerji ehtiyacının 40%-i Azərbaycan Respublikasının Ceyhan böru-kəməri vasitəsilə təmin olunur. Bunin özü Azərbaycan Respublikasının İsrailə verdiyi önəmin göstəricisidir. Həmçinin Şimon Peres  2009-cu ilin iyun ayında Bakıda knest yəhudiləri ilə görüşündə demişdi ki, islam ölkələri arasında dünya yəhudiləri üçün ən təhlükəsiz ölkə Azərbaycan Respublikasıdır və biz bu cəhətdən çox şadıq.

Rəsmi Bakının İranla əlqələrində yol verdiyi başqa bir səhvi isə İran İslam Respublikasının bəzi müxaliflərinə meydan verməsi idi. 2001-ci ilin noyabr ayında rəsmi Bakı dünya azərbaycanlılarının ilk konqresini təşkil etdi və 2002-ci ildə xaricdə yaşayan azərbaycanlılar komitəsi yaradıldı. Dünya azərbaycanlıları konqresinin son fəaliyyəti ilə ötən həftə Bakıda keçirildi və bu iclasda İran İslam Respublikası quruluşu və rəhbərlərinə böyük hörmətsizlik olundu.

Bu iclasda iştirak edən bəzi satqınlar hətta azərbaycanlıların fitnəsindən də söz açıb heç böyüklərinə də hörmət qoymadılar. Bu işin banisi olan Məmməd Əmin Rəsulzadənin 90 il bundan əvvəl söylədiyi söz də gündəmə gətirildi və ona olunan etirazlara cavab da vermişdi. Nə üçün Azərbaycan adını öz saxta ölkənizin adı kimi seçirsiniz? – sualının cavabında demişdi:

"Bizdən nə üçün şübhələnirsiniz? Azərbaycanın sadəcə İranın bir vilayətinin adı olduğunu təsəvvür edib bu adı qoyduğumuzu zənn edirsiniz. Bizim İran Azərbaycanı adında gözümüz var. Azərbaycan Muxtariyyəti davası heç də Arazın cənubu ilə əlaqələndirilmir və biz hələki bunu sübut etmişik".

Əlbəttə, zaman keçdikcə Rəsulzadə tərəfdarlarının İran barədə iddiaları hamıya məlum oldu. Və zaman sübut etdi ki, qonşuluq hquqları şimal qonşumuz tərəfindən riayət olunmur. Amma İslam quruluşu rəhbərlərini narahat edən məsələ bundan ibarətdir ki, Azərbaycan Respublikası tərəfi İranla olan əlaqələrində cığallıq edir və bu adı İranın üstünə qoymaq istəyir. Hələ bəziləri ram olmayan qonşunun İranın qədrini biləcəyini də düşünürlər.

Biz isə İsrailin casus təyyarəsinin hansı ölkədən İrana daxil olduğunu və bu ölkənin hansı tənbih-tədbirlər görəcəyini səbirsizliklə gözləyirik.

 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap