header

 ABŞ-ın İŞİD ilə bağlı addımları formal xarakter daşıyır

İslam inqilabı pasdarlar korpusunun baş komandanı deyib : ABŞ-ın terrorçu İŞİD qruplaşması ilə bağlı addımları formal xarakter daşıyır

General-mayor Məhəmmədəli Cəfəri 17 sentyabr tarixinin gəlib çatması münasibəti ilə keçirdiyi mətbuat konfransında deyib: 17 sentyabr İİR-nın Banisi İmam Xomeyni (r.ə) Həzrətlərinin ölkədə Sepahın hava , quru və dəniz qüvvələrinin təşkili ilə əlaqədar çıxardığı tarixi hökmünün ildönümü günüdür.

General sözlərinin davamında xatırladıb : Terrorçu İŞİD qruplaşması sionistlər və beynəlxalq imperializmin qarşısında islam ictimaiyyətinin mübarizə qüdrətini zəiflətmək istiqamətində olan bir hərəkətdir.

General Cəfəri əlavə olaraq deyib : Hazırda , hamıya gün kimi aydındır ki, terrorçu İŞİD qruplaşması Amerikanın himayəsi ilə yaradılıb. Əgər İran, Qərb və Ərəb ölkələrinin İraqda İŞİD-ə qarşı mübarizə üzrə görüş və tədbirlərinə dəvət olunsa idi heç bir vəchlə bu görüş və tədbirlərdə iştirak etməz idi. Çünki amerikan siyasətçilər öz məqsədlərinə nail olmaq üçün bu proqramı hazırlayıblar.

İslam İnqilabı Pasdarlar Korpusunun Baş Komandanı xatırladıb : Qərb ölkələri regionda İŞİD qruplaşmasının onların məqsədlərinin gerçəkləşməsinə kömək edə bilmədiyini dərk etdikləri zaman bu terrorçu qruplaşmanın bir gün onların özünü hədəfə alacağını güman edərək bu terrorçu qruplaşmaya qarşı bir koalisiya yaratmağı qərara aldılar. Lakin bu koalisiyaya da çox ümid bağlamaq olmaz.

İslam inqilabı pasdarlar korpusunun baş komandanı deyib : ABŞ-ın terrorçu İŞİD qruplaşması ilə bağlı addımları formal xarakter daşıyır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap