header

 İsrail əsgərlərindən Netanyahuya maraqlı məktub

"Hücum etdiyimiz insanlar terrorist deyildi"

İsrail rejimi kəşfiyyatının 43 ehtiyatda olan əsgəri baş nazir Binyamin Netanyahuya məzmunu bir xeyli maraqlı məktub göndərib.

Hamısı İsrailin ən təchizatlı 8200 nömrəli hissəsindən olan əsgərlər məktubda İsrailin işğal etdiyi torpaqlarda fələstinlilərə qarşı hüquq və haqq pozuntularında iştirak etmək istəmədiklərini bildiriblər.

Əsgərlərin məktubunda, "döyüşə daxil olan və olmayan fələstinlilər arasında fərq qoyulmur. Milyonlarla insanın haqlarını inkar edərək, təmiz bir vicdanla bu sistemə xidmətə davam edə bilmərik", - deyilir.

 Məktubun nümayiş olunmasından sonra İsrailin "Kanal 10" televiziyasına çıxan əsgərlərin açıqlamalarında təəccüblü ifadələr yer alıb: "Biz 8200 nömrəli hərbi hissənin əsl məqsədini indi başa düşürük. "Özünü müdafiə" bu hissənin məqsədlərindən biri ola bilər. Amma əsl məqsəd Fələstin əhalisini nəzarət altında saxlamaqdır. Fələstin əhalisini nəzarət altında saxlamaq üçün ordu Fələstinlilərin həyatına müdaxilə edir. Bu dəstədə işləsəniz, dediklərimizi rahatca şəkildə görə bilərsiniz. Bizim hücum etdiyimiz insanlar terrorist deyildi. Onlar intihar hücumları təşkil edən, tunel qazan şəxslər deyildi. Bütün fələstinlilər düşmən deyil, ancaq bizim dəstəmiz hər bir fələstinlini İsrailin düşməni kimi görür və ona qarşı əməliyyat təşkil edir."

 Qeyd edək ki, əsgərlər digər həmkarlarına da onlara dəstək verməyə və qoşulmağa çağırıblar. 

 8200 nömrəli hərbi hissənin generalı Hanan Gefen məktubu yazan əsgərləri onların etibarını ayaq altına atmaqda ittiham edib. İsrailin Strategiya İşləri naziri isə əsgərlərin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudendən ilhamlandıqlarını deyib.

 


"Hücum etdiyimiz insanlar terrorist deyildi"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap