header

 Fransanın nüfuzlu “Diplomatiya” jurnalında azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən məqalə dərc olunub

Fransanın nüfuzlu “Diplomatiya” jurnalının avqust nömrəsi dünyada baş verən müharibələr və münaqişlər nəticəsində doğma yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə həsr olunub. Jurnalda erməni hərbçilərinin işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından zorla qovulan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məqalələr də yer alıb.

 Ölkəmizin ictimai-siyasi həyatına dair fransız mətbuatında vaxtaşırı çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun jurnalda dərc olunan “Azərbaycanda qaçqın və məcburi köçkünlər: Müvəqqəti vəziyyətin idarə edilməsi” sərlövhəli məqaləsində SSRİ-nin süqutundan sonra 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qonşu Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdiyi, elan olunmamış müharibə zəminində ölkəmizin əzəli ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunin ermənilər tərəfindən zəbt edildiyi, bir molyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ata-baba yurdlarını tərk etdiyi diqqətə çatdırılır.

 Məqalədə münaqişə nəticəsində öz doğma vətənlərində qaçqın və məcburi köçkün kimi yaşayan bir milyondan artıq azərbaycanlının 700 mininin məhz işğal olunan Dağlıq Qarabağ və yeddi rayonun əhalisi olduğu, 250 mindən artıq azərbaycanlının isə tarixən uzun illər yaşadıqları Qərbi Azərbaycandan didərgin salındıqları, bu dövrdə BMT-nin qarçın və məsburi köçkünlər barədə həyəcan təbili çaldığı xatırlanır, qurumun baş katibinin Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşən bir ölkə olması, hər səkkiz azərbaycanlıdan birinin qaçqın və məcburi köçkünə çevrilməsi barədə fikirləri diqqətə çatdırılır.

 Qaçqın və məcburi köçkünlərin əksəriyyətinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində məskunlaşdığını vurğulayan müəllif beynəlxalq ictimaiyyətin ölkəmizin üzləşdiyi bu problemə biganə qaldığını, işğal olunan Azərbaycan ərazilərini heç bir tələb irəli sürülmədən dərhal azad edilməsi barədə BMT-nin dörd qətnaməsi və AŞPA-nın 1416 saylı qərarı istisna olmaqla işğalçılıq siyasətini davam etdirən Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilmədiyini təəssüf hissi ilə bildirir.

 Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il iyunun 24-də AŞPA-da münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal geri çəkilmələri barədə dörd qətnamə qəbul etməsi, bu qətnamələrə indiyə qədər əməl olunmaması, bunun isə özlüyündə ölkəmizə qarşı ikili standartlara yol verildiyini sübut edən amil olması haqda söylədiyi fikirlər məqalədə yer alıb.

 Müəllif iqtisadiyyatı sürətlə inkişaf edən və Cənubi Qafqazda lider ölkəyə çevrilən Azərbaycanın qaçqın və məcburi köçkünlərin şəraitlərini yaxşılaşdıılması isitqamətində mühüm addımlar atdığını, çadır şəhərciklərini ləğv etdiyini, onlar üçün müasir tələblərə tam cavab verən və hər cür şəraiti olan yaraşıqlı qəsəbələ saldığını diqqətə çatdırır.

 Sonda F.Zeynalov qaçqın və məcburi köçkün düşən yüz minlərlə insanın doğma yurdlarına qayıdacaqlarını səbsizlikə gözlədiklərini bildirir.

 Jurnalın əməkdaşı Tomas Delajın azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi səfir Yaşar Əliyevlə müsahibəsi də maraqla qarşılanıb. “Dağlıq Qarabağ-işğal olunmuş ərazilər və məcburi köçkünlər: BMT və Azərbaycanın mövqeyi” sərlövhəli məqalədə, Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinə səbəbləri açıqlanır. Səfir elan olunmamış bu müharibə nəticəsində Azərbaycanın yüzlərlə kəndinin işğal edildiyini, təmamilə dağıdıldığını, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1992-ci ilin fevral ayında Xocalıda törədilən soyqırımın heç bir əxlaqi və hüquqi normaya sığmadığını, beynəlxalq ictimaiyyətin və BMT-nin bu məsələyə münasibət bildirmədiyini diqqətə çatdırıb.

 BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətini pislədiyi və bununla bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdiyi, ermənilərin qeyri-şərtsiz işğal etdikləri Azərbaycan ərazilərinin azad olunması barədə BMT tələblərinə indiyə qədər əməl edilmədiyi müsahibədə yer alıb.

 Jurnalistin ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə sualını cavablandıran səfir bildirib ki, münaqişəni sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılan Minsk qrupu fəaliyyətində indiyə qədər hər hansı irəliləyişə nail olmayıb.

 Jurnalın əməkdaşının 2012-2013-cü illərdə BMT Təhlükəsilik Şurasının sədri olan Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində gördüyü işlərlər bağlı sualına cavab verən Yaşar Əliyev 2012-ci ildə tarixdə ilk dəfə ölkəmizin Təhlükəsizlik Şrasının sədri olduğunu və münaqişənin hüquqi yolla həllində müəyyən addımlar atdığını xatırladıb.

 Səfir onu da bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi faktının dünya ictimaiyyətinə çatdırmaq istiqamətində işlər davam etdirilir.

Əsgər Əliyev

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap