header

 Azərbaycan XİN: Avstriyalı jurnalist Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərə səfər edib

 

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) avstriyalı jurnalist, “Die Presse” qəzetinin əməkdaşı Yutta Bauerə Azərbaycana səfər etmək üçün viza verilməməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Yutta Bauer 2011-ci ildə Azərbaycanın razılığı olmadan Ermənistandan keçməklə işğal altında olan torpaqlara səfər edib.

Nazirlikdən onu da bildiriblər ki, Azərbaycanın Avstriyadakı səfirliyi artıq məsələ ilə bağlı məlumat verib.

Qeyd edək ki, jurnalist Azərbaycana səfər etmək üçün viza verilməməsini yazdığı tənqidi məqalələrlə əlaqələndirsə də, Azərbaycanın Avstriyadakı səfirliyi bu iddianı təkzib edib: "Yutta Bauer Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər etdiyinə görə adı “qara siyahı”ya əlavə olunub. O, yalnız Azərbaycandan bu hərəkətinə görə rəsmi üzr istəyəndən sonra viza ilə təmin oluna bilər".

Avstriya XİN-dən isə bildiriblər ki, jurnalistə viza verilməməsi Azərbaycanın səlahiyyətinə aid olan və qanunvericiliyi ilə tənzimlənən məsələdir.

Qeyd edək ki, bu barədə ilk xəbəri haqqin.az və virtualaz. org saytları yayıb. 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap