header

 Dindarlar şəhidin ailəsinə baş sağlığına getdilər

“Ərdəbil Məhde Təşəyyo -ın Cenubnews.com-a istinadən məlumata görə, Xəbərə görə, bu gün Biləsuvar inanclıları Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində şəhid olan Masallı rayon Köçəkli kənd sakini əsgər, 1995-ci il təvəllüdlü Rəhimov Əli Fətullah oğlunun yas mərasiminə gediblər.İlk öncə yas mərasimində şəhidin yaxınlarına baş sağlığı verildi.

Sonra şəhidlik məqamından moizə edildi. Daha sonra Qarabağ əlili çıxış edərək bildirib ki,"Əli Rəhimov kimi Azərbaycan oğulları daima düşmən gülləsinə sipər olub vətənini, torpağını layiqincə qoruyurlar." Ardınca rozə və dualar oxunub və bir daha şəhid ailəsinə başsağlığı verilib.