header

 Rusiyanın Ukraynaya hücumuna qədər Qərb eyforiyada idi

Rusiyanın Ukrayanya qarşı aqressiv siyasəti, Krımın ilhaqı və digər bu kimi hadisələr sanki dünyada yeni bir canlanma yaratdı.

Ərdəbil Məhde Təşəyyo / Təhlil: Yaranmış mənzərə onu deməyə əsas verir ki, dünyada bir anti- Rusiya mövqeyi formalaşıb və eyni zamanda Qərbin şərqdə möhkəmlənməsi prosesi gedir . Son bir neçə həftə Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirləri Naxçıvanda görüşdülər . Hər üç ölkənin birgə strateji əhəmiyyətli layihələr həyata keçirdiyini deyən Gürcüstan müdafiə naziri bildirib ki, Avropa Birliyi və NATO-nun marağında olan bu layihələri böhran anında müdafiə etmək lazımdır .

 “Əfqanıstandan çıxarılacaq NATO yükləri Aəzrbaycan, Gürcüstan və Türkiyədən keçən tranzit yoldan istifadə ediləcək . NATO-nun Rusiya ilə münasibətlərinin korlandığı bir vaxtda tranzit yolun təhlükəsizliyii təmin etmək vacib məsələrlərdən biridir”, - deyə müdafiə naziri bildirib .

 Avqustun 22-də isə ölkə başçısı Ilham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Cozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib . Görüşdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb .

 Bundan əlavə NATO sammiti Uelsdə keçirilir . Sessiya Ukraynanın, Güney Qafqaz ölkələrinin (Gürcüstan, Azərbaycan) və Moldovanın təhlükəsizliklərini gücləndirməyə həsr olunacaq .  ABŞ Müdafiə Departamentinin beynəlxalq təhlükəsizlik üzrə katibi Derek Kollet deyib ki, NATO-nun simvolik ittifaq olmadığını və bütün üzvlərin fəallığını göstərmək üçün Uels sammitində konkret təşəbbüslərə önəm veriləcək .

 Onun sözlərinə görə, ABŞ prezidentinin 2015-ci il büdcəsi üçün Konqresə göndərdiyi planda Şərqi Avropada mövqelərin möhkəmlənməsi üçün 1 milyard dollar nəzərdə tutulub .  Bütün bunları xatırlatmaqla onu diqqətə çatdırmaq istəyirik ki, NATO-nun, Avropa Birliyinin Şərqdə genişlənməsi prosesi gedir və Azərbaycan da bu prosesin tərkib hissəsidir .

 Qeyd etdiyimiz kimi həm nazirlərin Naxçıvan görüşü, həm Ilham Əliyevin ABŞ Nəqliyyat komandanlığını qəbul etməsi, həm də gələn ay keçiriləcək Uels sammiti məhz onun göstəricisidir ki, qarşıda Azərbaycanı ciddi sınaq gözləyir və Azərbaycan Qərbi Ölkəler ilə inteqrasiyaya məhkumdur . Təbii ki, Qərbin son dövrlər kəskinləşən siyasəti, anti-Rusiya layihələrinin həyata keçirilməsi və NATO-nun regionda möhkəmlənmək istəyi Rusiyanı narahat edir .

 Təsadüfi deyil ki, Iran prezidenti Həsən Ruhani gələn ay Rusiyaya səfər edərək Xəzər sammitinə qatılacaq . Iranın Press TV-nin məlumatına görə, sammit sentyabrın 29-da Astraxanda, Azərbaycan, Iran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək .

 Göründüyü kimi Rusiya da qarşıdan gələn təhlükəni hiss edir və bu ölkələri Qərbin çətirindən məhrum etmək üçün müəyyən addımlar atır . Azərbaycanı gərgin sınaq gözləyir və ölkə qərb seçimi edəcək . Rusiyanın Ukraynaya hücumuna qədər Qərb sanki eyforiyada idi . Çünki, əsas rəqib hesab edilən SSRI çökdü və kommunust ideologiyası dağıdıldı .

 Ona görə də qərb özünü çox rahat hiss edirdi və Rusiyadan təhlükə gözləmirdi . Hətta Abxaziya və Osetiya işğal ediləndə də Qərb oyanmadı . Ancaq, Rusiya Ukraynaya hücum edəndən sonra qərb anladı ki, həqiqətən də Rusiya SSRI-ni bərpa etmək istəyir . Indi qərb qarşısındakı düşməni görür və mübarizəni gücləndirəcək . Azərbaycan balans siyasəti dövründə özünü daha konfortlu hiss edirdi . Indi isə vəziyyət dəyişib və seçim qarşısındayıq .

 

Rusiyanın Ukrayanya qarşı aqressiv siyasəti, Krımın ilhaqı və digər bu kimi hadisələr sanki dünyada yeni bir canlanma yaratdı.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap