header

 İsgəndər Evrenosoğlunun tərəfdarları ilə İŞİD-çilər İstanbulda toqquşdu

İsgəndər Evrenosoğlunun tərəfdarları ilə İŞİD-çilər arasında toqquşma baş verib


Ərdəbil Məhde Təşəyyo - ın "Karşı" qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbulun Qaziosmanpaşa rayonunda özünü Mehdi adlandıran İsgəndər Evrenosoğlunun tərəfdarları ilə İŞİD-çilər arasında toqquşma baş verib.

Hadisə zamanı çox sayda yaralı xəstəxanaya yerləşdirilib.

Özünü Mehdi adlandıran İsgəndər Evrenosoğlunun məclisinə gələn İŞİD tərəfdarları Quran dinləyəcəklərini və ehsan verəcəklərini bildiriblər.
Qarşı tərəf buna razılıq verib.

Bundan sonra minbərə özünü Mehdi adlandıran İsgəndər Evrenosoğlu çıxıb.
Hadisə də elə bundan sonra baş verib.

Belə ki, İsgəndər Evrenosoğlunun "Mən Mehdiyəm və Allahla bir-başa əlaqəm var" deməsi İŞİD tərəfdarlarını özündən çıxarıb.
İŞİD-çilər İsgəndər Evrenosoğlunun tərəfdarlarına hücum ediblər.
Xəncərlərlə silahlanan İŞİD tərəfdarlarına İsgəndər Evrenosoğlunun tərəfdarları bıçaq, balta və başqa soyuq silahlarla silahlanmış halda müqavimət göstəriblər.

 Hadisə zamanı bütün İŞİD tərəfdarları xəstəxanalıq olublar.
Onlar "Taksim Təhsil və Araşdırma" xəstəxanasına çatdırılıblar.

Olayın işıqlandırılması mediaya qadağan edilib, lakin bəzi müstəqil KİV bu xəbəri işıqlandırıblar.
İsgəndər Evrenosoğlunun tərəfdarları ilə İŞİD-çilər arasında toqquşma baş verib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap