header

 Qərb mediası: Müharibə Qarabağ probleminin həll yolu kimi görünür

ABŞ-ın “Huffington Post” onlayn qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib.


Siyasi analitik Klod Salhaninin müəllifi olduğu məqalədə Azərbaycan və Ermənistanın atəşkəsə baxmayaraq, müharibə şəraitində olduğu, 20 ildir “dondurulmuş münaqişə” ətrafında nəticəsiz danışıqların getdiyi qeyd olunur.

Analitik yazır ki, ortada üç həll variantı müzakirə olunur: “Hər variant tərəflərdən hansı üçünsə “turş” dad verir, çünki ortada sehrli həll yolu yoxdur. Lakin qanlı münaqişənin həllini axtarmağın reallığı da budur. Tərəflər “status-kvo”nu davam etdirməyə razılaşa və ya razılaşmaya bilərlər. Onlar vaxtaşırı silahlı toqquşmalara və bir-birinə zərbə vuran ritorikaya davam edə bilərlər. Belə olduğu halda Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan bu əraziləri hələ də nəzarətdə saxlamaqla müvəqqəti üstünlük əldə edir, lakin bu, hərbi qarşıdurmanın qızışmasına aparır. Belə olduğu halda, Bakı üçün başqa variant qalmır”.

Müəllif qeyd edir ki, nə qədər arzuolunmaz olsa da, hərbi qarşıdurma yeganə həll yolu kimi görünə bilər: “İrəvanın nəzərə almalı olduğu iki yeni faktor var: Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident, Əhməd Davudoğlunun isə baş nazir olması. Bu iki şəxs Azərbaycanın inadlı dəstəkçiləridir və rəsmi Bakıya işğal olunmuş əraziləri azad etməkdə dəstək vəd ediblər. Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək, Ermənistanla sərhədlərini bağlayıb”.

  Ermənistan isə bir çox yerli “başağrılara” və daxili iqtisadi, siyasi və sosial çətinliklərinə baxmayaraq, hazırda Rusiyanın himayəsi altında özünü nisbətən toxunulmaz hiss edə bilər. Lakin Rusiyanın Ukrayna münaqişəsi kimi başqa bir münaqişəyə daha çox cəlb olunması ilə Ermənistanın vəziyyəti də bir anda dəyişə bilər. Bu, Ermənistanı “soyuqda” köməksiz buraxa bilər.

K. Salhani ikinci variant kimi hərbi yolu görür və bu həll variantında Azərbaycan ordusunun üstünlüyünə diqqət çəkir. Lakin analitik müharibəni regionun təhlükəsizliyi baxımından əlverişli həll yolu hesab etmir. O, sonuncu variant kimi ən real həll yolunu dialoq və sülhdə görür: “Bu, ən gözəl variant olsa da, düşmənləri danışıqlara cəlb etmək baxımından da ən çətin variant olacaq. Münaqişə mahiyyət etibarilə heç də asan həll olunası problem deyil. Lakin səmərəli dialoq üçün hər iki tərəfin görüşlərin davam etməsində maraqlı olması lazımdır. Cəbhədə qarşıdurma davam etdiyi bir zamanda dialoqu uğurla aparmaq çox çətindir”.APA


ABŞ-ın “Huffington Post” onlayn qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap