header

 Sionistlər bir daha həzrəti Yusif (ə) peyğəmbərin türbəsin təhqir etdilər + Foto

Yusif (əleyhi səlam) peyğəmbərin ziyarətgahı yaxınlığında Fələstinlilər ilə işğalçı rejimin yarımhərbiçi sakinləri arasında qarşıdurma baş verib. Əli silahlı yəhudilərə daş atan Fələstinli cavanlar, qondarma israil rejiminin hərbiçiləri tərəfindən gözyaşardıcı, zəhərli qazların və səs qumbaralarının atəşinə məruz qalıb.


Ərdəbil Məhde Təşəyyo – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhərin erkən radələrində Fələstin torpaqlarını işğal etmiş yəhudilərin bir qrupu, qanunsuz sionist rejimin polis qüvvələrinin tam nəzarəti altında İordan Çayının şimal məntəqəsindəki Nablos şəhərinə basqın edərək, həzrəti Yusif (əleyhi səlam) peyğəmbərin türbəsinə daxil olmuş və yəhud kahinlərinin qondarma ayinlərini icra etmişlər.

Hal şahidlərinin bildirdiyinə görə, 8 avtobusla dolu qatı yəhudilər qondarma ayini yerinə yetirmək üçün Yusif (əleyhi səlam) peyğəmbərin məzarına daxil olduqdan sonra, sionist rejimin polis qüvvələri, radikal yəhudilərin təhlükəsizlikini təmin etmək məqsədi ilə, ətraf mənzillərin damı üzərində hazır olublar.

Buna baxmayaraq, Yusif (əleyhi səlam) peyğəmbərin ziyarətgahı yaxınlığında Fələstinlilər ilə işğalçı rejimin yarımhərbiçi sakinləri arasında qarşıdurma baş verib. Əli silahlı yəhudilərə daş atan Fələstinli cavanlar, qondarma israil rejiminin hərbiçiləri tərəfindən gözyaşardıcı, zəhərli qazların və səs qumbaralarının atəşinə məruz qalıb.

Qeyd edək ki, bu anti-İlahidin yürüşlər, son 3 gün ərzində sionist rejim qüvvələrinin ikinci yürüşüdür.

Xatırladaq ki, sionist qüvələri Qəzzə Zolağına təcavüz etdikləri müddət ərzində həzrəti Yusif (əleyhi səlam) peyğəmbərin məzarına daxil omaqdan çəkinmişlər.

Yusif (əleyhi səlam) peyğəmbərin ziyarətgahı yaxınlığında Fələstinlilər ilə işğalçı rejimin yarımhərbiçi sakinləri arasında qarşıdurma baş verib. Əli silahlı yəhudilərə daş atan Fələstinli cavanlar, qondarma israil rejiminin hərbiçiləri tərəfindən gözyaşardıcı, zəhərli qazların və səs qumbaralarının atəşinə məruz qalıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap