header

 Bu dəfə İŞİD xəlifəsi Məkkədən çıxdı


Ərdəbil Məhde Təşəyyo - ərəb mediasına istinadən verdiyi məlumata görə, müqəddəs Kəbə evinin yanında bir nəfər özünü müsəlmanların xəlifəsi olduğunu elan edib. O, Kəbə evinin ətrafında olan “Məqami-İbrahim”-də paltarını dəyişərək Xəlifə libası geyinib. Daha sonra o, çıxış edərək özünü müsəlman dünyasının xəlifəsi olduğunu elan edib. Məkkə polisi isə özünü “Nazim Cahan” kimi təqdim edən bu şəxsin adının Xalid Əl-Ətibi olduğunu bildirib. Məlum olub ki, o, bir müddət öncə Suriyada döyüşən İŞİD komandirlərindən biri olub.

İraqdakı Əbu-Bəkr Əl-Bəğdadi və Nigeriyadakı Boko Haram terror qruplaşmasının liderinin (Əbu-Bəkr Şekav) özlərini xəlifə elan etməsindən sonra artıq bu İŞİD-in 3-cü xəlifəsidir ki, peyda olub.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap