header

 Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək məzarı dağıdıla bilər!

Vəhhabilər Peyğəmbərin (s) mübarək məzarını dağıtmağı planlaşdırıb?


rdəbil Məhde TəşəyyoƏ  - ın “Timeturk”-ə istinadən verdiyi xəbərə görə, Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək məzarının dağıdıla biləcəyi iddia edilib.

Bu barədə İngiltərənin “İndependent” qəzeti xəbər yayıb. Xəbərdə Səudiyyə Ərəbistan hökumətinin müqəddəs Mədinə şəhərində yerləşən Məscid ən-Nəbəvidə apardığı genişlənmə planı səbəbilə Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək məzarının dağılma təhlükəsi ilə üz-üzə olduğu bildirilib.
 
Bu iddianı İslam Mirası Araşdırma Vəqfinin rəhbəri İrfan Əl-Ələvi səsləndirib. İrfan Əl-Ələvi bildirib ki, əziz peyğəmbərimizin qəbrinin yerləşdiyi yaşıl qübbənin dağıdılmaq planı var və plan vəhhabi zehniyyətli “alimlər” tərəfindən hazırlanıb.
 
Məscid ən-Nəbəvi İslam dünyasının böyük ziyarətgahlarından biridir. Həzrət Məhəmməd (s) buyurur ki, “Həcc ziyarətinə gəlib, amma məni ziyarət etməyən şəxs mənə cəfa və zülm etmişdir.”
 
Qeyd edək ki, Məscid ən-Nəbəvi barədə rəsmi məsuliyyət Səudiyyə kralı Abdullah ibn Əbdüləziz Əl-Səuda aiddir.
Vəhhabilər Peyğəmbərin (s) mübarək məzarını dağıtmağı planlaşdırıb?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap