header

 Şeyx Baqir Nimrin məhkəməsi keçirilib

Ali Səud rejiminin həbs etdiyi alim Şeyx Baqir əl-Nimrə hökm oxunacaq


Ərdəbil Məhde Təşəyyo - ın "Al-Alam"-a istinadən verdiyi xəbərə görə, bu gün Səudiyyə Ərəbistanı rejimi tərəfindən həbs edilmiş və barəsində edam qərarı çıxarılmış Əhli-beyt (ə) tərəfdarı Şeyx Baqir əl-Nimrin məhkəməsi keçirilib.

Alimin vəkili Sadiq əl-Cubran mətbuata açıqlamasında bildirib ki, "hüquqi cəhətdən lazım olan bütün addımlar atılıb. Növbəti məhkəmə iclası sentyabr ayının 16-a təyin edilib. Gələn məhkəmədə hökm oxunması gözlənilir. Başda İran olmaqla, dünyanın bir çox yerindən Səudiyyə Ərəbistanına edilən xəbərdarlıqların nəticə verəcəyinə və edam hökmünün dəyişdiriləcəyinə ümid edirik."

Xatırladaq ki, Şeyx Baqir əl-Nimr 2 il öncə həbs edilib. O, həbs edilməmişdən öncə güllələnmiş, həbsdə olduğu müddətdə müalicə olunmamışdı. Şeyx Nimr Ali-Səud monarxiyasına tələblər irəli sürərək, bu barədə sərt çıxışlar edib. Vəliəhd Naif Ali Səudun ölümündən sonrakı sərt çıxışı rejimi hiddətləndirmiş, qısa müddət sonra isə həbs edilmişdi.
Ali Səud rejiminin həbs etdiyi alim Şeyx Baqir əl-Nimrə hökm oxunacaq
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap