header

 İstanbulda daha bir şiə məscidinə hücum edildi

İŞİD və "Əl Qaidə"yə üzv olan xəvariclər daha bir şiə məscidini hədəfə alıblar

İstanbulun Böyükçəkməcə bölgəsində inşa edilən "Həzrət Əli (ə)" məscidinə 20-30 nəfərlik qrup tərəfindən hücum edilib.

Hücum edən qrup, “Burda şiə məscidi istəmirik” deyə şüarlar səsləndirərək daş və dəyənəklərlə məscidə hücum ediblər.

Tikilməkdə olan məscidin yarımtikililərinin şüşələri sındırılıb və yandırılmağa cəhd edilib.

Hücumun təşkilatçısının məhəllə muxtarı olduğu bildirilir.

Son bir neçə ay ərzində Əhli-Beyt (ə) davamçılarına üçüncü hücum böyük etiraza səbəb olub.

Məscidin qarşısına toplaşan dindarlar bu çirkin hücuma etiraz ediblər. “Şiə Sünnü qardaşdır”, “Məscidin şiəsi sünnisi olmaz”  “Məscidə uzanan əli qırarıq” şüarları səsləndiriblər.

Məhəllə muxtarı polis bölməsinə aparılıb. Hadisə yerinə gələn Böyükçəkməcə rayonunun polis rəisi, "Bu məscid hamımızın namusudur.”  deyib və dini ayrıseçkilik salanlar haqqında tədbirin görüləcəyini bildirib.

Qeyd edək ki, ötən aylarda İstanbulun Esenyurt bölgəsində İŞİD tərəfdarları şiə məscidini yandırmışdılar.

Onu da qeyd edək ki, Türkiyədə şiə məscidlərinin əksəriyyəti "azəri şiə camii" olaraq adlandırılır.
İŞİD və "Əl Qaidə"yə üzv olan xəvariclər daha bir şiə məscidini hədəfə alıblar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap