header

 Dağlıq Qarabağ problemini özümüz həll etməliyik

“Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ probleminin həlli məsələsində qeyri-səmimidirlər”.

 

Bu sözləri  deputat Çingiz Qənizadə beynəlxalq təşkilatların cəbhə xəttində baş verən son hadisələrlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq etməməsi məsələsini şərh edərkən dedi.

 Onun sözlərinə görə, cəbhə xəttində baş verənlərdən sonra beynəlxalq təşkilatların hələ də susması təbii olaraq bizi də narahat edir:

“Ukrayna hadisələrinə görə Avropa ölkələri, demək olar ki, bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Ancaq Ermənistana sanksiya tətbiq edən yoxdur. Avropanın və dünyanın bu yöndə susqunluğu bir daha göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı, xüsusilə Qarabağ probleminin həlli məsələsində qeyri-səmimidirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Sadəcə, bəyanatlar verməklə məşğul olan beynəlxalq qurum və təşkilatla heç bir ciddi addımın atılmasında  maraqlı deyil”

 “Ukraynada baş verən hadisələrdən sonra bunun bir daha şahidi olduq. Hansısa bir dövlət beynəlxalq hüquq normalarını pozduqda ona qarşı sərt sanksiyalar tətbiq edən təşkilatlar indi susur. Rusiya üçün isə susmadı. BMT, ATƏT və bu kimi bir çox qurumlara nə mane olur ki, Ermənistana qarşı hər hansı sanksiyalnın tətbiq edilməsini müzakirə etmirlər? Bu, sübut edir ki, dünya dövlətləri, bütün beynəlxalq təşkilatlar, qurumlar və eyni zamanda bu təşkilatları idarə edən böyük, güclü dövlətlər Azərbaycana qarşı heç bir münasibətlərində ciddi deyillər”.

 Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ problemini özümüz həll etməliyik:

 “Biz artıq ondan çox şəhid vermişik. Lakin ATƏT-in Minsk Qrupu həmişəki kimi sərsəm açıqlamalarından əl çəkmir. Birdəfəlik anlamalıyıq ki, Qarabağ problemini özümüzdən başqa hansısa böyük dövlətlər həll etməyəcək və bunun istəyində də deyillər”.

 Deputat qeyd edir ki, gərək siyasi addım olsun ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin:

 “Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Bu görüşdən sonra Ermənistan tərəfi hansı mövqedə olduğunu nümayiş etdirəcək. Yəqin ki, bundan sonra bu məsələlərə daha ciddi reaksiyalar veriləcək”.

 Ç.Qənizadə əlavə edir ki, lazım gəlsə, deputatlar beynəlxalq təşkilatlara müraciət də edəcək.

 

“Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ probleminin həlli məsələsində qeyri-səmimidirlər”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap