header

 Rəsulallahın (s) İmam Hüseynin (ə) əzasında göz yaşı tökməsi

Peyğəmbəri-Əkrəm (s) Fatiməyə (s.ə) buyurur: “Ey Fatimə! Hər bir göz Qiyamət gününün sabahısı ağlar olar, Hüseyn müsibətinə ağlayan gözlərdən başqa. Bu gözün sahibi gülərüzdür. Ona behişt nemətlərinin müjdəsi veriləcəkdir”.

Əhli-Beyt (ə) mənbələrində Peyğəmbərin (s) İmam Hüseynə (ə) ağlaması
Əhli-Beyt (ə) mənbələrində bu haqda çox sayda hədislər nəql edilmişdir. Mərhum Şeyx Səduq (r) yazır: “Əsma deyir: “Sonrakı il Hüseyn (ə) dünyaya gəldi. Rəsullah (s) onun sorağına gəldi. Buyurdu: “Ey Əsma! Övladımı gətir!”. Əsma da ağ parçaya bürünmüş Hüseyni (ə) ona gətirdi. O, Hüseynin (ə) sağ qulağına azan və sol qulağına isə iqamə oxuyur. Sonra onu qucağına alır və ağlayır. Əsma deyir: “Atam-anam sənə fəda olsun, nə üçün ağlayırsınız?” Həzrət (s) buyurdu: “Bu övladımın halına ağlayıram”. Ərz etdim ki, “Ya Rəsullah (s) o, indi dünyaya gəlmişdir”. Həzrət (s) buyurdu: “Zülmkarlar onu məndən sonra şəhid edəcəklər. Allah mənim şəfaətimi onlara əta etməsin. Ey Əsma! Bu xəbəri Fatiməyə (s.ə) çatdırma”.

Mərhum Şeyx Müfid (r) “İrşad” kitabında yazır: “Ümmi Sələmədən belə nəql edilir. O, deyir: “Gecələrin birində Həzrət Rəsul (s) bizdən uzaqlaşdı. Bu qeyb uzun zaman çəkdi. Bir müddətdən sonra qayıtdı. Toz basmış və narahat görünürdü. Əllərini bir-birinin üzərinə qoymuşdu. Ərz etdim: “Ya Rəsulallah (s)! Sizi toz içində görürəm”. Buyurdu: “Məni bu gecə İraqa aparmışdılar. Kərbəla adlı bir yerdə yerə endim. Mən orada Hüseynin şəhid olacağı yeri gördüm ki, Əhli-Beytimin (ə) bir neçə övladı ilə orada şəhid olacaqlar. Mən onların qanlarını toplayırdım və indi də əlimdə həmin qandan qalıbdır”. Sonra əlində olan qanları mənə verdi və buyurdu ki, onları saxlayam. Onlar qırmızı torpaq kimi idi. Qanı şüşənin içində saxladım. Hüseyn (ə) İraqa tərəf hərəkət edəndə mən hər gün həmin şüşəyə baxırdım. Onu iyləyib, bu müsibətə ağlayırdım. Məhərrəm ayının 10-u çatanda şüşəyə nəzər saldım. Onu əvvəlki halında olduğu kimi gördüm və günün sonunda isə qatı qana çevrilmişdi. Qəflətən fəryad çəkdim, ancaq düşmənlərinin qorxusundan bu mövzunu gizlətdim. Mən intizarda idim ki, İmam Hüseynin (ə) ölüm xəbəri Mədinədə yayıldı”.

Kitabın başqa bir yerində Ummi Səlimə nəql edir: “Günlərin bir günü Həzrət Rəsul (s) əyləşmişdi. Hüseyn (ə) də onun qucağında idi. Birdən gözləri yaşla doldu və mən soruşdum: “Ya Rəsulallah (s)! Sizi ağlar görürəm. Buyurdu: “Cəbrayıl (ə) yanıma gəldi və mənə Hüseynə (ə) görə başsağlığı verdi. Mənə məlumat verdi ki, ümmətimin bir dəstəsi onu öldürəcəkdir. Allah onları mənim şəfaətimdən məhrum edəcəkdir”.

Əhli-təsənnün mənbələrində Həzrət Peyğəmbərin (s) İmam Hüseynə (ə) ağlaması
Əhli-təsənnünün görkəmli alimlərindən olan Şəmsələddin Zəhəbi “İslam tarixi” kitabında yazır: “Əhməd ibni Hənbər yazır: “Əli (ə) ilə bir yerdə gedirdik və neynəvaya çatanda səslədi ki, Ey Əba Abdullah, Fərat sahilində səbir et”. Dedim ki, bunun mənası nədir? Buyurdu: “Allahın Rəsulunun (s) yanına getmişdim, gözlərindən bulaq kimi yaş tökülürdü. Mənə buyurdu ki, Cəbrayil (ə) mənim yanımda dayanıb və deyib ki, Hüseyn Fərat sahilində qətlə yetiriləcəkdir. Cəbaryil (ə) dedi ki, “istəyirsən onun türbətini iyləyəsən?” Dedim, “bəli”. Onun torpağından bir ovuc götürüb mənə verdi və mən göz yaşımı saxlaya bilmədim”.

Ənəsdən nəql edilir: “Yağış mələyi Peyğəmbərin (s) xidmətinə gəlmək üçün icazə alır və Həzrət Ummü Sələməyə buyurur ki, qapıya nəzarət etsin ki, heç kim içəri girməsin. Bu zaman Hüseyn (ə) gəlir və israrla otağa daxil olur. Peyğəmbərin (s) belinə tullanır və Həzrət də onu öpür. Yağış mələyi deyir: “Onu sevirsən?” Həzrət (s) buyurur: “Bəli”. Deyir: Həqiqətən, sənin ümmətin səndən sonra onu öldürəcəkdir. Əgər istəsən onun şəhid olacağı yeri göstərərəm”. Həzrət (s) qəbul edir. Onu qırımızı təpənin yanına aparır. Sabit deyir: “Biz ora Kərbəla deyirik.”

Əmmarə nəql edir: “Allahın Rəsulu (s) həyat yoldaşlarına tapşırır ki, Hüseyni (ə) ağlamağa qoymasınlar. Ümmü Sələmənin növbəsi idi ki, Cəbrayil (ə) nazil olur. Həzrət Ummü Sələməyə buyurur ki, qoyma heç kim otağa daxil olsun. Hüseyn (ə) gəlir və ağlamağa başalyır. Ummü Sələmə də ona otağa girməyə icazə verir. Hüseyn (ə) otağa girir və Peyğəmbərin (s) qucağında əyləşir. Cəbrayil (ə) ona deyir ki, sənin ümmətin onu öldürəcəkdir. Sonra Həzrətə onun türbətini göstərir”.
“Ümmü Sələmə mənə xəbər vermişdi ki, bir gün Peyğəmbər (s) yatırmış. Narahat halda yuxudan durub. Yenidən yatıb və yenidən durub. Bir az özünə gələndən sonra yenə yatıb və yenə durub. Əlində qırmızı torpaq var imiş ki, onu öpürmüş. Soruşdum ki, bu torpaq nədir? Buyurdu: “Cəbaryil (ə) mənə xəbər verdi ki, Hüseyn (ə) İraqda öldürüləcəkdir və bu da onun türbətidir”. Allahın Rəsulu (s) ona deyib ki, yanına bir mələk gəlmişdi ki, indiyə qədər heç gəlməyib. Ona deyib ki, övladın Hüseyn öldürüləcəkdir. Sonra deyib ki, onun şəhid olacağı yeri göstərə bilər”.
(Erfan saytına istinadən)
Peyğəmbəri-Əkrəm (s) Fatiməyə (s.ə) buyurur: “Ey Fatimə! Hər bir göz Qiyamət gününün sabahısı ağlar olar, Hüseyn müsibətinə ağlayan gözlərdən başqa. Bu gözün sahibi gülərüzdür. Ona behişt nemətlərinin müjdəsi veriləcəkdir”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap