header

 İŞİD-ə ağır zərbə: İraq ordusu Amirliyə daxil oldu

İki aydan artıqdır türkman şiələrin yaşadığı Amirlini mühasirədə saxlayan İŞİD-ə qarşı əməliyyatlar davam edir
İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, Seyid Müqtəda Sədr və Seyid Əmmar Əl Həkimə bağlı könüllü dəstələrlə İraq ordusunun birlikdə keçirdikləri əməliyyatlar nəticəsində Amirlinin böyük hissəsi İŞİD terrorçularından təmizlənib.

Əməliyyat zamanı çox sayda İŞİD terrorçusunun öldürüldüyü önə çəkilir.

İlkin məlumatlara görə, dünən İraqın müxtəlif bölgələrində də İŞİD-ə qarşı kiçik əməliyyatlar keçirilib.

Bu əməliyyatlarda 60 xəvaric məhv edilib.

Bu arada "Əl İraqiyyə" telekanalı Rusiya istehsalı olan Mİ-24 və Mİ-28 tipli vertolyotların İraq ordusuna verilməsi ilə bağlı xəbər yayıb. Xəbərdə İraqlı general bu vertolyotların anti-terror əməliyyatlarında istifadə ediləcəyini açıqlayıb.

İslamazeri.az-a iraqlı türkmanların verdiyi məlumata görə, Amirli tamamilə terrorçulardan təmizlənib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap