header

 Qərb Azərbaycan-İran münasibətlərinin istiliyinə dözmür

Son günlər iki qardaş, müsəlman Azərbaycan-İran dövlətləri arasında iqtisadi, siyasi və bir sıra çoxsahəli münasibətlərin istiləşməsi, görünür, dünya mediasında anti-islami cəbhəni hərəkətə gətirməkdədir.


Zaman-zaman Azərbaycanın müsəlman Türkiyə, İranla münasibətlərinin yaxşı olmasını əngəlləmək istəyən Qərb dövlətləri indi də KİV silahına əl atır. Belə ki İsrail və Qərb KİV-lərinin bəzisində İran üzərində vurulan “Hermes 450”pilotsuz təyyarəsinin Azərbaycan ərazisindən - Naxçıvandakı aviabazadan havaya qalxdığı vurğulanırdı. Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev isə bəyan edib ki, “Azərbaycan Xarici İşlər Nazirliyi bir çox İsrail və Qərb KİV-lərinin İran üzərində vurulan pilotsuz təyyarənin Azərbaycan ərazisindən buraxılmasına dair yaydığı məlumatları təxribat hesab edir.”

Bu gün isə Müsavat.com saytında gedən müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bir daha Azərbaycanın ərazi bütövlüyü barədə öz dövlətinin münasibətini ortaya qoydu: “Biz ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, ədalətli şəkildə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması çərçivəsində həllini tapacaq.”  

Qeyd edək ki, iqtisadi inkişaf tempində dinamika dönəmi yaşayan Azərbaycan dövlətinə böyük qonşu müsəlman dövlətlərlə münasibətlərin sıx olması zəruridir. Bu həm iqtisadi-siyasi, həm də hərbi –siyasi cəhətdən təhlükəsizliyimizə qarantdır.  Müsəlman dövlətlərinin çoxunda yaşanan dini qarşıdurmaları ölkəmizə sırımaq istəyən Qərb maşını, görünür, İran- Azərbaycan münasibətlərini soyutmaq üçün hələ çox mənfur addımlar planlaşdırır. Hər halda, Azərbaycan mediası bu tip təxribatsaçan xəbərlərin yayımında maksimum həssas olmalıdır.


Son günlər iki qardaş, müsəlman Azərbaycan-İran dövlətləri arasında iqtisadi, siyasi və bir sıra çoxsahəli münasibətlərin istiləşməsi, görünür, dünya mediasında anti-islami cəbhəni hərəkətə gətirməkdədir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap