header

 Türkman bölgəsi olan Amirlinin 7 kəndi İŞİD-dən təmizləndi

Xəbər verdiyimiz kimi bir neçə gün öncə İraqın Amirli məntəqəsi İŞİD terrorçuları tərəfindən mühasirəyə alınmışdıİki gün əvvəl İraq ordusu və Sədrin qurduğu "Sülh briqadası" birlikdə Amirli məntəqəsinə gedərək İŞİD terrorçuları ilə döyüşə başlayıb.


Ərdəbil Məhde Təşəyyo -ın İraq mediasına istinadən verdiyi xəbərə görə, artıq uğurlu əməliyyat xəbərləri mətbuatda yayımlanıb.

Məlumata görə, Amirlinin 7 kəndi İŞİD terrorçularından təmizlənib.

Əməliyyatın bəzi təfərrüatları da məlum olub.

Belə ki, terrorçular əməliyyatın Tuzhurmatu (şimaldan) başlayacağını gözlədikləri halda, əməliyyat qəflətən cənubdan başlayıb və 7 kənd azad edilib. 100-ə yaxın terrorçu öldürülüb, yaralı terrorçular həbs edilib.

Qeyd edək ki, 10 min əhalisi olan Amirli İŞİD tərəfindən mühasirəyə alınmışdı. Lakin əhali terrorçuların bölgəyə girməsinə imkan vermirdilər. Amirli əhalisi Ayətullah Sistaniyə müraciət edərək artıq terrorçulara müqavmət göstərmək iqtidarında olmadıqlarını bildirmiş və yardım üçün xahiş etmişdilər.

Ayətullah Sistaninin çağırışından sonra nazir Hadi Əl Amiri güc strukturları ilə Amirlidə əməliyyata getmiş, bu əməliyyata ən böyük dəstəyi isə Müqtəda Sədrin qurduğu "Sülh briqadası" vermişdi.
Xəbər verdiyimiz kimi bir neçə gün öncə İraqın Amirli məntəqəsi İŞİD terrorçuları tərəfindən mühasirəyə alınmışdıİki gün əvvəl İraq ordusu və Sədrin qurduğu "Sülh briqadası" birlikdə Amirli məntəqəsinə gedərək İŞİD terrorçuları ilə döyüşə başlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap