header

 “Müqavimət silahları müqəddəsdir”

HƏMAS siyasi bürosunun rəhbəri Xalid Məşəl bu təşkilatın tərksilah edilməsi haqda hər hansı cəhdi rədd edib

 
Ərdəbil Məhde Təşəyyo - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,HƏMAS siyasi bürosunun rəhbəri Xalid Məşəl bu təşkilatın tərksilah edilməsi haqda hər hansı cəhdi rədd edib

Xalid bu haqda dünən verdiyi mətbuat konfransında bildirib.

O, “Müqavimətin silahı müqəddəsdir. Tel-Əvivlə gələcək danışıqlarda silahlar mövzusunun müzakirəsini qəbul etməyəcəyik. Heç kəs HƏMAS və onun müqavimətini tərksilah edə bilməz”,- deyə qeyd edib.

İsrailin hücumları qarşısında Fələstin xalqının qələbəsini təbrik edən HƏMAS rəsmisi daha sonra əlavə edərək deyib: ”Qəzza xalqı səbr və əzmkarlıq simvolu kimi bütün dünyaya nümunə oldu. Bu qələbədə bütün fələstinlilərin və dünyanın azad insanlarının payı var.”

Fələstin Müqavimət Hərəkatlarına öz minnətdarlığını bildirən Məşəl, 50 günlük İsrail hücumlarının Müqavimətin qarşısında tab gətirə bilməməsinin subut olunduğunu vurğulayıb.

HƏMAS siyasi bürosunun rəhbəri Xalid Məşəl bu təşkilatın tərksilah edilməsi haqda hər hansı cəhdi rədd edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap