header

 Tale Bağırzadə ona olan zülmdən yazdı

Tanınmış ilahiyyatçı alim bu gün saxlandığı 12 saylı cəzaəkmə müəssisəsində ona qarşı olunan haqsızlıqlarla bağlı ölkə ictimaiyyətinə müraciət yollayıb. Müraciəti olduğu kimi təqdim edirik:

“Azərbaycan həbsxanalarında məhbuslara qarşı münasibət, Penitensiar Xidmət qulluqçularının onlarla davranış tərzi hamıya bəllidir. Onların gözündə məhbus, sanki Kəlbəcərdə ələ keçirilmiş erməni diversantıdır. Fərz edək ki, hansısa məhbus həqiqətən də cinayət əməli törədib və öz cəzasını alıb. Amma bu, heç bir halda onun öz insani və qanuni haqlarından məhrum edilməsinə səbəb ola bilməz. Təbii ki, bu sırada siyasi və vicdan məhbuslarına qarşı münasibət, onların hüquqlarının pozulması, onlara qarşı kobud münasibət, fiziki və psixoloji basqılar digərlərininkindən fərqlənir. Onların həbsinin motivi kimi, həbsxanada onlara qarşı davam edən haqsızlıqlar da siyasi xarkter daşıyır. Həbsi siyasi sifariş əsasında gerçəkləşmiş şəxslərdən biri kimi mən, Taleh Bağırzadə də bu yazılmamış qanundan kənarda qalmamışam və qalmıram. İstər saxlanılarkən, istərsə də sonrakı mərhələlərdə şəxsimə qarşı edilən haqsızlıqlar, mənə qarşı edilən fiziki və mənəvi zorakılıqlar zaman-zaman mətbuatda işıqlandırılıb. Amma bu dırnaqarası münasibət hələ də davam etməkdədir. Hazırda saxlanıldığım 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən hüquqlarım məhdudlaşdırılır. Belə ki, qanunla icazə verilsə də, yaxınlarımla görüşümə icazə verilmir, hətta bəzən gətirilən sovqatı belə güc-bəla ilə qəbul edirlər. Müəssisənin rəhbəri Rauf Məmmədov bunu Prezident Adminstrasiyası, MTN və Penitensiar Xidmət rəhbərliyi tərəfindən verilən sifarişlə əlaqəli olduğunu bildirir və beləcə məsuliyyəti öz üzərindən atmaq istəyir. Ola da bilsin ki, həqiqətən yuxarılardan sifariş verilib. Ancaq Kürdəxanı təcridxanasında olduğum zaman yaxınlarımla görüşməyimdə, sovqatın çatdırılmasında heç bir maneə yox idi. Onda belə çıxır ki, Azər Seyidov öz karyerasını riskə ataraq yuxarıların tapşırığına məhəl qoymurdu, yaxud da ki, Rauf Məmmədov hakimiyyətə yarınmaq üçün dəridən-qabıqdan çıxır?! İstənilən halda, mən, şərlənərək həbs olunan birisi kimi və haradan qaynaqlandığından asılı olmayaraq bütün bu qanunsuzluqların, özbaşınalıqların dərhal dayandırılmasını tələb edirəm.”

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap