header

 “Heç bir ölkə Tehranla Bakının arasına girə bilməz

Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var

Bu sözləri Axar.az-a XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev İranda pilotsuz təyyarənin qəzaya uğraması ilə baglı məsələyə münasibət bildirərkən dedi.

 O bildirdi ki, Azərbaycan qonşu dövlətlərdə münasibətlərinə böyük əhəmiyyət verir:

 “Heç bir 3-cü tərəf qonşu ölkələrlə münasibətilərimizə xələl gətirə bilməz. Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var. Hansısa 3-cu tərəf dezinformasiya yayaraq, münasibətlərimizin inkişafına xələl gətirə bilməz”.

 Nazirlik rəsmisi onu da bildirdi ki, İranın Azərbaycandakı səfiri ilə qarşılıqlı məsləhətləşələr aparılır:

 ”Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə məsləhətləşməyə gəlincə isə, bu, təkcə indi yox, mütəmadi olaraq aparılır. Bizim əsas prioritet istiqamətlərimizdən biri də qarşılıqlı, bərabərhüquqlu münasibət qurmaqdır. Hal-hazırda İranla Azərbaycan arasında münasibətlər yüksələn xəttlə inkişaf edir”.

 Xatırladaq ki, İranda kəşfiyyat apardığı zaman vurulan pilotsuz təyyarənin Azərbaycandan havaya qalxması barədə Qərb mediasında iddialar səsləndirilib.

 

Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap