header

 Ermənilər Laçında yeni qəsəbə salır – FOTO + VİDEO

Azərbaycan (türk) toponimləri dəyişdirilib

Azərbaycanın işğal edilmiş torpaqlarının erməniləşdirilməsi prosesi bu günümüzə qədər həyata keçirilməkdə davam edir və işğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma prosesi sürətləndirib.

Ərdəbil Məhde Təşəyyo - ya istinadən xəbər verir ki, foto və videoda görünür ki, işğal olunmuş torpaqlarımızda olan, Azərbaycan xalqının tarixi keçmişinə məxsus dini, mədəni və tarixi abidələrimiz ermənilər tərəfindən saxtalaşdırlaraq bu torpaqların guya onlara aid olmasını dünya ictimaiyyətinə sübut etməyə çalışırlar.

Ermənilər tərəfindən Azərbaycan (türk) toponimləri dəyişdirilib uydurma erməni adları ilə əvəz edilir və bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunur.

İraqdan, Suriyadan və başqa ölkələrdən gəlmiş erməni ailələri işğal edilmiş yaşayış yerlərində, həmçinin Laçın rayonunda yerləşdirilir. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Laçının Zabux və Cağazur kəndlərində də ermənilər quruculuq, abadlıq işləri aparırlar.

Belə ki, Laçın rayonu işğal edildiyi zaman tamamilə məhv edilmiş Zabux kəndi ərazisində yeni qəsəbə salınır və adı dəyişdirlərək Aqavno qoyulubdur. Zabux kəndi Gorus rayonu ilə həmsərhəd kənddir və Xankəndi ilə Gorus rayonunu birləşdirən maqistral avtomobil yolu bu kəndin içərisindən keçir. Qəsəbədə tikiləcək evlər günəş batareyaları ilə qızdırılacaq. Zabuxda yaşamaları üçün yerləşdirilən ailələrə əlavə olaraq yardım da veriləcək.

 

https://www.youtube.com/watch?v=Flwbi01sdpQ

Azərbaycan (türk) toponimləri dəyişdirilib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap