header

 Ebola kələkbazlığı və ya Amerika şirkətlərinin qazanc yeri (ARAŞDIRMA)

 

Bir müddət əvvəl kimyəvi silah hazırlayan iraqlı alimin və onun həmyerlisi, evinə qaçan nüvə fizikinin Kiyevdə öldürülməsi maraqlı nüanslar yaratmışdı. Bu barədə axtarış aparsam da, bir şey əldə edə bilmədim. Buna görə də məntiqli gələn öz ehtimallarım üzərində işlədim.

 Tədricən məsələ aydınlaşmağa başladı, bununla belə sualların sayı da artdı. Keçək əsas məsələyə.

 Kiyevə gələnə qədər qəhrəmanlarımız Qvineyada Amerika obyektində işləyiblər. Ümumilikdə orada 5 nəfər iraqlı olub: kimyaçı və nüvəçidən əlavə, bioloji silahla əlaqədar 3 mütəxəssis.

 Filmlərdə olduğu kimi obyekt Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə dolu olub, lakin onlar ABŞ-da yerləşən transmilli farmasept korporasiyası tərəfindən himayə edilirmiş.

 Onlar İraq biokimyagərlərini virus xəstəliyinin vaksinasiyası üzərində işlər apardıqlarına inandırıblarmış, lakin bu xeyirli işdə Səddam silhallılarının nə köməyi ola biləcəyini heç kimi öyrənməyə çalışmayıb.

 “Ehtiyatsız” alimlər

 Cari ilin ilk kvartalında obyektdə qeyri-adi laborator kontaminasiya (bir neçə kimyəvi hadisənin qarışması) baş verir. İraq biokimyaçılarının hər üçü, 2 amerikalı alim (deyəsən immunoloqlar olub) və başqa ölkələrdən olan mütəxəssislər Ebola virusundan dünyalarını dəyişirlər.

 Fövqəladə hadisənin qeyri-adiliyi onda idi ki, obyektdə gigiyenik qaydalara tam ciddiyyətlə riayət olunurmuş – ölən bütün alimlər müdafiənin şərtlərini bilən yüksək ixtisaslı mütəxəssislər olub. Halbuki Ebola ən yüksək yoluxuculuqla belə, birbaşa selikli qişa, qan və limfa ilə əlaqədən keçir. Rusiyada da analoji hadisə baş vermişdi, amma onda iki laborator kontaminasiyada təcrübə heyvanlarına inyeksiya zamanı şprislə ehtiyatsız davranma nəticəsində ölmüşdülər.

 Bundan əvvəl Şimali Amerikada təmassız yoluxma ehtimalı öyrənilib və təcrübə heyvanlarında bu müşahidə olunub. Lakin yuxarıda verilən hadisələrə kimi insanlar üzərində belə bir şey müşahidə olunmayıb. Bununla belə, obyektdə çalışan biomühəndislik üzrə mütəxəssislər insanlara təmassız keçə bilən Zair Ebola virusunun ştammını əldə edə bilmişdilər.

 Laborator kontaminasiyasında başlayan hadisə təkcə müəssisənin yerləşdiyi Qvineyada deyil, Syerra-Leon, Liberiya və Nigeriyanı da cənginə alan epidemiyaya çevrilir. Qərbi Afrikaya tropik tibb üzrə ekspertlər gəlilər, lakin onların bütün ehtiyat tədbirlərini baxmayaraq, hamısı yoluxaraq dünyasını dəyişir.

 Dostcasına evakuasiya istəyi

 Obyektə işləyən 5 iraqlıdan ikisi biologiya ilə əlaqəsi olmayan digər layihələrdə olduqları üçün sağ qalıblar. Lakin həyəcan artır. İraqlı nüvə fiziki və kimyəvi silah üzrə ekspert MKİ agentləri olan 4 amerikalı ilə əlaqə saxlayaraq, dostcasına evakuasiya tələb edirlər. Lenqliyə sorğu göndərirlər, lakin oradan cavab qəti olur: Onların yoluxmadığı aydınlaşana kimi Amerikaya girişləri qadağandır.

 Əvvəllər keçmiş AFR-də xidmət edən agentlərdən biri - Ramştayn aviabazısının nəzdində olan Landştul Amerika hərbi tibbi mərkəzi barədə və bu ölkədə xilas olma imkanları barədə xatırlayır. MKİ-nin Mənzil Qərargahından cavab özünü çox gözlətmir: Qadağandır, informasiya ötürülməsi ehtimalı böyükdür.

 Ölümcül qorxan altılıq əsəbiləşirlər: «Neyləyək, burada ölək? Buradakı insanlar milçək kimi qırılır. Hətta biz hazırda yoluxmasaq belə, bu, vaxt məsələsidir». 

Lenqlidə məsləhətləşmələrdən sonra cavab gəlir: «Kiyevə gedin. Ukraynanın nəzarəti tam əlimizdədir».

 Kiyevdə beyin iflici ilə nəticələnən hərbi zəhərli maddə istehsalı üzrə İraq layihəsinin rəhbəri doktor İmad Əl-Ani və onunla birlikdə əvvəlcə Konakridən, sonra Kiyevdən, nəhayət Bağdaddan qaçan həmyerlisi, səddamçı nüvə fizikin ölümünə səbəb olan, həmçinin Konakriyə FHN nümayəndələrnin getməsi barədə xəbərlər bütün yolları Ebola qızdırması mövzusuna gətirir.

Məlumatların çoxluğundan nə isə ağlabatan bir şey ələ gətirmək çətindir. 

 2001-ci ildən başlayan qazanc planı

 Texnogen fəlakətlərdən, bioloji terrordan söhbət gedərkən, adətən hərbi sənaye kompleksinin vacib komponentlərini – farmasept kompaniyalarını unudurlar. Lakin yəqin ki, hamının yaddaşında qalan epizod üçün uzağa getmək lazım deyil: 2001-ci ildə iki demokrat senat – Cənubi Dakotadan olan Tom Deşl və Vermontdan olan Patrix Lixinin, həmçinin bir neçə KİV-in ofislərinə göndərilən cəmi bir neçə qramlıq “sibir xorası”nın hüceyrələri 22 nəfərin yoluxmasına və 5 nəfərin ölməsinə kifayət etmişdi.

 ABŞ Ədliyyə Nazirliyi bu işdə hökumətin biomüdafiə xidmətinin elmi işçisini - Dr.Bryus Ayvisi məsul gördü, lakin hadisə nəticəsində aksiyalarının dəyəri səmalara qədər ucalan farmaseptik kompaniyalara heç kimi fikir vermədi.

 Belə kompaniyaların sayı məlum səbəbdən olduqca azdı. Çünki farmaseptik istehsal – çox xərc tələb etmir, bu səbəbdən generiklər (Generic effektlivliyinə görə orijinallarından fərqlənməyən, lakin onlardan çox ucuz olan dərman vasitələri) ucuzdur. Sənayedə kapitalı üçün daha riskli olanı isə böyük pullara satılan yeni, brendli vasitələrin hazırlanması və lisenziyalanmasıdır. Lakin alıcılıq qabiliyyəti olan bu iş hər kəsə sərf etmir.

 2003-cü ildə ABŞ-ın səhiyyə, təhsil, əmək və təqaüd məsələləri üzrə Senat Komitəsinin rəhbəri Cadd Qreqq təklif irəli sürdü, 2004-cü ildə isə prezident Corc Buş «Bioqalxan» (Project Bioshield Act) 108-276 kütləvi hüquq aktını imzaladı. Artıq gələn il o, Senatın büdcə komitəsinin sədri oldu, həmçinin gecə mağazalarının birində 20 dollara aldığı lotoreya biletilə 850.000 dolların sahibi olur. Sonra o, təklif olunan ticarət naziri vəzifəsindən imtina edir, sadəcə «Coldman Sacsh» İnvestisiya Bankının beynəlxalq konsultantı işi, həmçinin qiymətli kağızlar və maliyyə bazarı assosasiyası Uoll Strit lobbiçilik qrupunun baş direktoru vəzifəsi ilə kifayətlənir.

«Bioqalxan» layihəsi çərçivəsində bioterror hücumları nəticəsində vaksinlər almaq üçün ümumilikdə 5,6 milyard dollar istifadə olunur. Proqram bioloji, radioloji və nüvə agentlərinə qarşı vətəndaş ehtiyacları üçün tibb vasitələrin alınmasını təcəssüm edir. Qanunun əsas incəliyi onda idi ki, insan orqanizminə və təhlükəsizliyinə effektliyi yoxlanılmamış vaksinlərin dövlət hesabına alınmasına icazə verilirdi. Bu kimyəvi, bioloji və radioaktiv yoluxmaya məruz qoyan təcrübənin keçirilməsinin mümkünsüzlüyü ilə izah olunurdu. Büdcə vəsaiti bir ovuc özəl kompaniyalar arasında bölüşdürülür. Bu insanları qara işdə ittiham etmək çətindir və gələcək seçkilərdə respublikaçıların ehtimal olunan namizədi Corc Buşun kampaniyasının maliyyələşməsində heç bir çətinlik olmayacaq. Və onun bəxti Cet Qreqqdən heç də az gətirmir.

Lakin bu, aysberqin hələ görünən hissəsidir. 2001-ci ildə qəribə terror hücumundan sonra ABŞ nə üçünsə bioloji silahla mübarizə üçün 500 milyard dollar ayırır. 

 Vaksindən gəliri farmasept firması götürür

 Nə isə. «Biosipər» layihəsinə qayıdaq. Onun prioritetləri: sibir xorası, ebola, botulizm və taundur. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi dəyərləndirmələrinə görə Ebolanın son yayılması zamanı 2 min nəfərdən çox insan ölüb. Əslində isə üzə çıxarılmayan və ya diaqnoz qoyulmayan ölüm səbəbləri barədə də məlumatlar var.

Epidemiyaya məruz qalan ölkələr: Qvineya, Liberiya, Syera-Leon, Nigeriya, Keniya və Kot de Vuar olub. Söhbət əvvəlkilərdən daha sürətli yayılan və ağır nəticələri olan Ebola virusunun yeni ştammından gedir. Və ən əsası: adi Ebola virusundan fərqli olaraq o təmassız da keçir. Təkcə Liberiyanın paytaxtı Monroviyada səhiyyə təşkilatının 40 işçisi yoluxduğundan bir neçə xəstəxana bağlanmağa məruz qalmışdı.

 Ancaq ABŞ-dan olan iki həkim xəstələndikdən və hökumət Ebola virusunun müalicəsi üçün «ZMapp» adlı müəyyən vasitələrinin olduğunu etiraf etdilər. Doğrudan da preparat qısa müddətdə möcüzə yarada bildiyini göstərdi.

 Afrikalılar yerli həkimlər və tibb işçiləri də daxil olmaqla infekisiyaya yoluxaraq ölənlərə nədən bu preparatın verilmədiyini soruşurlar.

Birdən birə məlum olur ki, sən demə Amerikanın farmasept kompaniyalarının ehtiyat üçün Ebola virusunun bu ştammı üçün preparat var imiş: yuxarıda adı çəkilən ZMapp antitellərinin qarışığı, vezhikulyar stomatit virusu üçün bir neçə vaksin, həmçinin yüksək texnologiyalı «TKM Ebola» vaksini.

 «TKM Ebola» Kanadanın Tekmira kompaniyasının biolaboratoriyasında hazırlanıb. Yeri gəlmişkən, məhz Kanadada ilk dəfə olaraq heyvanlar üzərində təcrübə zamanı Ebola virusunun təmassız ötürülməsi qeydə alınmışdı.

 2010-cu ildə «Tekmira» ABŞ Müdafiə Nazirliyi ilə Ebolanın terapevtik RNK interferensiyasının maye nanohissəciklərnin istifadəsi ilə müalicəsinə görə 140 milyon dollarlıq müqavilə imzalayıb.

 2013-cü ildə liyofilizə etməyə imkan verən, həmçinin dərialtı inyeksiyalar üçün forma hazırlayan daha effektiv hazırlama texnologiyaları daxil olmaqla maye nanohissəciklər texnologiyası sahəsində inkişafla əlaqədar olaraq əməkdaşlıq daha da genişləndi.

 2014-cü ilin yanvar ayında «Tekmira» «TKM Ebola»nın klinik sınağının birinci etapına başlayır. Kimyəvi və biololji müdafiəsi proqramının reallaşdırılması üzrə Birləşmiş Ofisin tərkibinə daxil olan JPM-MCI ABŞ Silahlı Qüvvələrini və bütün milləti kimyəvi, biolloji, radioloji və nüvə təhlükəsinə qarşı təhlükəsiz, effektiv və innovasiyalı tibbi həllinin təmininə dəvət edilib.

 Son 7 ildə ABŞ-da özəl farmaseptik kompaniyalar Milli Alergiya və İnfeksion Xəstəliklər İnstitutuna (NIAID), həmçinin ABŞ İnfeksion Xəstəliklər üzrə Hərbi Tibbi Elmi Araşdırma İnstitutuna (USAMRIID) demək olar ki, məhdudiyyətsiz giriş əldə ediblər.

 Məhz USAMRIID-də «ZMarr» vaksininin əsasını təşkil edən anti-tel kokteyl hazırlanıb, lakin buna görə gəlir farmaseptik kompaniyaya aid olacaq.

Bazara bu yeni məhsulları çıxartmaq üçün insanlar üzərində təcrübə aparılmalıdır. Siz Ebola virusunun əleyhinə vaksini ABŞ-da sınaqdan keçirən bir təşkilat təsəvvür edirsiz? Elə bu vaxtı da tam təsadüfən Qvineya laboratoriyasında sonradan epidemiyaya çevrilən sirli kontaminasiya baş verdi.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap