header

 Azərbaycanlı jurnalist Amerikanın İŞİD planından yazıb

Tanınmış yazar Əli Əkbər "İŞİD-i Hollywood düzəldib?" adlı məqalə hazırlayıb. Məqalədə son zamanlar Azərbaycanda və dünyada gündəm mövzu olan İŞİD cinayətlərindən və cinayətin arxasındakı sir pərdəsindən bəhs edilir. Həmin yazını oxudularımızın diqqətinə çatdırırıq.


Saytların birində, İŞİD haqqında vərdiş etdiyimiz, qanlı xəbərlərdən birini oxuyurdum, altda şərhlər diqqətimi çəkdi. İŞİD-i lənətləyən istifadəçilərdən başqa, orda İŞİD-i müdafiə edənləri də gördüm. Ürəyi İŞİD-lə olanlardan biri, belə bir şərh yazmışdı: “Necə ki, siz rafizilər (vəhhabilərin şiələrə qoyduğu aşağılayıcı ad - Ə.Ə.) bizi səfəvilər zamanı kəsib doğramısınız, biz də sizin kökünüzü belə qurutmağa and içmişik. Rafizilərə ölüm !”

Yəni bir azərbaycanlı, azərbaycan dilində, belə bir şərh yazır. Maraqlıdır, onun özü kimdir, hardan çıxıb, necə olub ki, qafası-beyni belə kalka fikirlərlə dolub? Açıq-aydın görünür ki, bu fikirlər “copy-paste” üsulu ilə soxulub beyninə. Səudiyyədə kəsib, Azərbaycanda yapışdırıblar.

Səudiyyəni anladıq, bəs bunlara nə düşüb ki, bir torpaqda yaşadıqları, bir ölkəni paylaşdıqları insanlara, özü də ölkənin əksəriyyətinin, folklor səviyyəsində olsa belə, inandığı məzhəbin mənsublarına belə kin qusurlar? Hansı dini dözümlülükdən danışmaq, bunlara qarşı necə tolerant olmaq olar ki, adamlar açıq mətnlə, ölkənin 60-70 faizini “rafizi”dir deyə qətlə yetirməyə hazırdırlar? Bir vəhhabi, sələfi, nə bilim xəvaric, təkfirçi (heç bir fərqi yoxdur) boynuna alsa da, almasa da Azərbaycan əhalisinin yarıdan çoxunun qanını halal hesab edir. Faciədir .

 Yoxsa bunlar ciddi-ciddi, tam səmimi olaraq əsrlər əvvəl yaşanmış hadisələrin intiqamını almaq istəyirlər? Kimdən? Yüz illərdir, nəsildən nəsilə genetik nifrətmi ötürülür? Şah İsmayıl nə vaxtsa, nəsə edib deyə yüz, min, bəlkə də on min azərbaycanlı İŞİD-ə qoşulub İraq çöllərində baş kəsməyə, ya da heç olmasa internetdə oturub onları dəstəkləməyəmi hazırdır? İnsan doğrudanmı öz nifrətində bu qədər səmimi ola bilər? Mənim dindar, hətta qatı dindar zamanlarım da olub, amma mən heç vaxt, heç kəsi kəsməyi, öldürməyi arzulamamışam. Mənim indi də inanclı dostlarım var və onların da adam öldürmək kimi arzuları yoxdur. Ümumiyyətlə inana bilmərəm ki, təhsilli, kitab bilən, qəzet tanıyan, normal tərbiyə alan adam, kiminsə başını kəsmək istəsin. Dində radikalizm, ekstremizm yolunu tutsun. Sadəcə inanmıram. Savadlı, təhsilli, zəngin dünyagörüşlü bir adam radikaldırsa deməli bir marağı vardır. Mütləq marağı var və artistlik edir, rol oynayır. Qalanları isə qurbanlardır - “cənnət və huri” müqabilində ət maşınından keçirilməyə hazır qurbanlar .

 Heç ağıllı adam da vəhhabi olarmı; nə olsun ki, rusca düşünür və danışır ?”

Bizdə belə bir yanılğı var ki, vəhhabilərin sıralarında xeyli sayda savadlı, rusdilli, şəhər adamı var. Hey gidi dünya, “rusdilli şəhər adamı” avtomatik, sorğu-sualsız “oxumuş, təhsilli, intellektual” kimi tərcümə olunur deyə, camaat da elə bilir vəhhabilərin sıralarında xeyli sayda ağıllı adam var. Heç ağıllı adam da vəhhabi olarmı? Nə olsun ki, rusca düşünür və danışır? Baş boş olandan sonra, istəyir yaponca danışsın. Ağlı başında adam marionetka olmağa razılıq verərmi? Səudiyyə Ərəbistanı, Kuveyt və Qatardan maliyyələşən bir təlim; qızılın, kokainin içində üzən, əlli min arvadlıq hərəmxanalar saxlayan ərəb şeyxlərinin pulu ilə varlığını davam etdirən bir cərəyan ağıllı, savadlı insanlar üçün iman mənbəyi ola bilərmi? Mümkün deyil. İstəyir “Hərb və Sülh”ü əzbər bilib, Mane ilə Moneni fərqləndirsin, hətta impressionistlərdən məruzə desin - mən yenə də onun zəkasını, səviyyəsini şübhə altına alacam və bu işin içində bir maraq axtaracam .

 

Sual edilir, özü də çox sadə sual - Cənubi Qafqazda yerləşən; İran, Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanla əhatə olunmuş bir ölkənin vətəndaşı, Ərəbistan yarımadasında yaradılmış, dinidən çox siyasi bir cərəyan olan vəhhabiliyə necə, nə adla gedib qoşula bilər? Yaxşı, nurçunu bildik - qardaş ölkədən gəliblər, sənin dilini danışırlar, kostyum, qalstuk, nazik bığ, təbəssüm filan. Şiəliyi də bildik, zatən ənənəsi var, mədəniyyətin tərkib hissəsidir - Ya Hüseyn, Aşura, şəbeh, Həzrət Abbasın kəsilmiş qolu... Bəs bu vəhhabilik nədir? Nə dəxlisiz söhbətdir .

  Səudiyyə Ərəbistanı, Kuveyt və Qatardan maliyyələşən bir təlim; qızılın, kokainin içində üzən, əlli min arvadlıq hərəmxanalar saxlayan ərəb şeyxlərinin pulu ilə varlığını davam etdirən bir cərəyan ağıllı, savadlı insanlar üçün iman mənbəyi ola bilərmi ?"

Əgər bu eksperimentdirsə və məqsəd İŞİD vasitəsilə profilaktik-sanitar tədbirlər görüb, dünyanın hər yerindən marionet olmağa razılaşmış debilləri bir yerə toplayıb qırmaqdırsa; ya da kimsə düşünürsə ki, “qoy olsun, Azərbaycandan gedib hamısı orda gəbərsin”, bu da çox axmaq fikirdir, çünki adicə təhsillə, mədəniyyətlə marionetlərin sayını xeyli azaltmaq olar.

 


Tanınmış yazar Əli Əkbər "İŞİD-i Hollywood düzəldib?" adlı məqalə hazırlayıb. Məqalədə son zamanlar Azərbaycanda və dünyada gündəm mövzu olan İŞİD cinayətlərindən və cinayətin arxasındakı sir pərdəsindən bəhs edilir. Həmin yazını oxudularımızın diqqətinə çatdırırıq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap