header

 Sionist rejim təyyarəsi Naxçıvandan İrana təcavüz edib?

İran silahlı qüvvələrinin baş qərargah müavini general Seydi Məsud Cəzayiri vurğulayaraq bildirmişdir ki, İranda vurulub yerə salınmış İsrailə aid sərnişinsiz təyyarə İİR-nın şimalındakı ölkələrin birindən İrana tərəf uçub

 Ərdəbil Məhde Təşəyyo - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran silahlı qüvvələrinin baş qərargah müavini general Seydi Məsud Cəzayiri vurğulayaraq bildirmişdir ki, İranda vurulub yerə salınmış İsrailə aid sərnişinsiz təyyarə İİR-nın şimalındakı ölkələrin birindən İrana tərəf uçub.

Həmin sözlərin ardınca Sionist rejimə adi Debkafayl adlı xəbər portalı bir reportajda 23 avqust tarixində İranın Nətənz bölgəsində vurulub yerə salınmış Hermes 450 tipli təyyarənin Az. R-nin Naxçıvandakı bazalarının birindən göyə qalxdığını bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə General Cəzayiri həmin məsələ ilə bağlı açıqlamasında yalnız bu cümlə ilə kifayətlənib ki; "Sözü gedən sərnişinsiz təyyarə keçmişdə Sovet İttifaqı sərhədlərində yerləşmiş ölkələrin birindən İrana tərəf yollanıb."

Qeyd edək ki, general Cəzayiri səfərbər tələbələrin İmam (r.ə) Xətti adlı təlim kurslarının kənarındam Fars İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: İranın hava zonası İslam Respublikasını müdafiə edənlərin mükəmməl əhatəsindədir və ölkənin hava zonası yüksək diqqətlə izlənilir və ona qarşı ən kiçik hərəkət belə gözdən yayınmır.

General Cəzayiri təkidlə bildirmişdir : İranın düşmənlərə qarşı tədbirləri sözü gedən srənişinsiz təyyarənin yox edilməsi ilə bitməyəcək və düşmənin cavabı işğal olunmuş ərazilərdə veriləcək.

General Cəzayiri "Nədən sözü gedən təyyarə sərhəddən Nətənzə qədər genişlənən uzun məsafədə vurulmayıb? Sualına cavabda deyib: Vurulub yerə salınmış sərnişinsiz təyyarə sərhədi pozan kimi nəzarətə götürülmüşdü və kəşfiyyat planları əsasında onun əsas məqsədlərinin üzə çıxarılması məqsədi ilə Nətənz məntəqəsinədək irəliləməsinə icazə verilib və sonra vurulmuşdur. Təbii ki bu proqramın təfərrüat təhlükəsizlik mülahizələri üzündən hələ açıqlanmayacaq.

İran silahlı qüvvələrinin baş qərargah müavini general Seydi Məsud Cəzayiri vurğulayaraq bildirmişdir ki, İranda vurulub yerə salınmış İsrailə aid sərnişinsiz təyyarə İİR-nın şimalındakı ölkələrin birindən İrana tərəf uçub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap