header

 İmamətə fəlsəfi bir baxış

İmamət Quranın və Allah Rəsulunun (s) həqiqətini qoruyan layiqli muhafizakardır. Əbəs yerə İslam Peyğəmbəri (s) onları nicat gəmisi və hidayət çıraqı olaraq adlandırmamışdı. İmamlar islam ümmətinin nəhəng dalğalar içində qərq olan nicat gəmisidir. Elə bir gəmi ki, eynən Nuhun (ə) gəmisinə bənzəyir. Gəmi dalğalar içində qərq olan insanlari səsləyir. Onları ana balasını səslədiyindəndə eşq dolu məhəbbətlə səsləyir. O, gəmı heç kəsin qərq olmasını istəmir, istəmir ki, gəmidən kənarda kimsə qalsın.

Çünki, bu gəmidən kanar olan insan xar və zəlil, dünya və axirəti bərbad olar. Bu gəminin adi İlahi eşq gəmisidir. Bu gəmi İlahinin əmri ilə bəşəriyyətə nicat vermək üçün memur olub. O gəmi elə bir kəsləri nicat vermək üçün məmur olub ki, onu yaradan Uca Allah, Özünün xəlifəsi olaraq adlandırmışdır. O, xəlifəsinin sevgisinə müştaqdır. Necəki, “hədisi-qüdsidə” buyrulur; “Hər şeyi sənin üçün yaratdım, səni isə Özüm üçün yaratdım”. Sanki bu cür Səsləyir; “Hardasan ey aşiq? Məşuqunun səsinə niyə cavab vermirsən? Axı Mən sənə açıq dəlillərlə sevgimi, sənin hansı yolla Mənə çata biləcəyinizi gostərdim. Dedim axı “İtaət edin Mənə, Mənim həbibim olan Muhəmmədə (s)  və Mənim hüccətlərim sayılan həmçinin sizi nəhəng dalğalardan xilas edən nicat gəmisinə!” Nizami Gəncəvi deyir: “Eşqdir mehrabın uca göylərin, Eşqsiz ey dünya, nədir dəyərin?!”

İmamət həmçinin zülümətli, qaranlıq bir yolda yanan bir çıraqa bənzəyir. Necəki, Uca Allah buyurur: “Bİz onları zülümətdən, nura çıxardarıq” (Bəqərə, 257). Elə bir nurdur ki, orada əbədiyyət və aramlıq vardır. Allah onlardan razıdır, onlarda Allahından. Əks təqdirdə onlar üçün bir zillət vardır. Uca Allah buyurur: “Biz onlara açıq dəlillər göstərdikdən sonra, onlar onu inkar etdilər. Onlar üçün şiddətli bir əzab vardır”. Burada sizin nəzərinizə bir ayəni də çatdırmaq istərdim: “Mən sizi yaratdım və sizə nəyin vəsvəsə etdiyini çox gozəl bilirəm. Çünki Mən sizə şah damarınızdanda yaxınam”. Demək bizim unutqan, nəfsimizin köləsi, vəzifə, mal-dövlət hərisi, təkəbbür, riya və ücb sahibi olduqumuza bələddir. Elə bu səbəbdən yüz iyirmi dörd min peyğəmbəri həmçinin Xatəmul Ənbiyyanın canişinlərini bizlərə hüccət, nicat gəmisi və hidayət çırağı olaraq qərar verdi.

Əziz qardaş və bacılar gəlin özümüzü İlahi  eşqin eşqinə, eşqlə, nicat gəmisindən səsləyənlərin səsinə, səslə cavab verib gedək ki, bəlkə nicat tapanlardan olduq. Hidayət çıraqı və nicat gəmisindən üz çevirənlərin aqibətinin necə rəzil edici olduğunu tarix bizə cox gozəl anladır. Allahın Rəsulu (s) ömrünün son anlarında iki ağır əmanəti bizlərə təkidlə əmanət olaraq tapşırdı. Və O (s) çox gözəl bilirdiki, Ondan sonra böyük bir fitnə baş verəcək. Elə bir fitnə ki, nə böyük, nə kiçik, nə qadın, nə uşaq və hətta İlahi hüccətdir ya yox belə baxmayıb qanlarını axıdacaqlar. Allahın Rəsulu (s) elə bu səbəbdən təkidlə Quran və Əhli-beytdən (ə) təkidlə yapışmağımızı tapşırdı və buyurdu ki, “Bu ikisindən cox möhkəm yapışaq”, əks təqdirdə zəlalətə düçar olacağıq.

Həqiqətəndə çox keçmədi ki, Allahın Rəsulundan (s) sonra böyük fitnələr başladı. Bu fitnənin ilk qurbanı İmam Əli (ə) və ilk şəhididə Həzrət Fatiməni (s.ə) bətnində ki, Muhsin oldu. Tarix bizə acı həqiqətləri çatdıraraq İmam Əli (ə) başda olmaqla on bir imamımız Həsən Əskəriyə (ə) kimi amansızcasına qətlə yetirdilər. Bununla belə yorulmayıb acımadan iki ağır əmanəti qoruyan muhafizakarlarıda acımadan qətlə yetirməklə davam etdilər. Dünənin olayları fəqət bu gündə davam etdirilməkdədir. Sanki, tarix donaraq qalmaqdadır. Yaşadıqımız əsirdə də İlahi əmanətdən boyun qaçıranlar kifayət qədər dinc insanların qanını axıdıb və axıdmaqdadır. Dünən imam qanına əllərini batıranlar 1802-ci ildə Səudun başçılıqı ilə xüsusi təyinatlı qoşunu  İraqın Kərbala şəhərinə hücum edir.

Hücum nəticəsində acımadan coxlu sayda yaşlı, cavan, qadın və uşaqları amansızcasına qətlə yetirirlər. Amansızlıqın həddi o dərəcəyə catır ki, hamilə qadınların diri-diri qarnını yarıb uşaqı çıxardaraq qətlə yetirirdilər. Bununla belə ürəyləri soyumadan İmam Hüseynin (ə) qəbrini və gümbəzində olan qızıl-zinət əşyalarını qarət edərək darmadağın etmişdilər (tarixul-Nəcd). 1984-cü ildə Kəbədə partlayış törədilmiş və kifayət qədər insan təlaf olmuşdur. Dünəndə və bu gundə Qarabağda, Əfğanıstanda, İraqda, Livanda, Fələstində və Suriyada körpələrin, qadınların, qocaların və Şiə alimlərinin qanı axıdılmaqdadır. Onlardan misal olaraq Seyyid İbrahim Musa Molla Eydin ailəsini gətirə bilərik ki, bütün ailə üzvlərini iki yaşlı qızı və həddi buluğa çatmayan oğlanlarının başını gözünün qabaqında amansızcasına kəsib sonra onun öz başını kəsərək şəhid etmişdilər.

Ey ixtiyar sahibləri, gəlin öz vəziyyətimizi Qurana və Pəğəmbərin (s) vəsiyyətinə əməli olaraq əmir sahiblərinə itaət və iki ağır əmanəti muhafizə edək. Uca Allah buyurur: “Peyğəmbər sizi nəyi əmir edirsə ona əməl edin, nəyi qadağan edirsə, ondan çəkinin”. Həmçinin  Xanım Fatimə (s.ə) buyurur: “Allah bizə itaət etməyi millətin (dinin) nizam-intizamı üçün, İmamətimizi (rəhbərliyimizi) firqələrə parçalanmaqdan amanda qalması ücün qərar verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap