header

 Ayətullah Sistani İran İslam Respublikasının İraqa verdiyi dəstəkinə görə minnətdarlığını bildirdi

Doktor Zərif: İran İslam Respublikası terrorla mübarizədə İraqa təmənnasız köməkliklər göstərəcəyini davam etdirəcək


Ərdəbil Məhde Təşəyyo - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Naziri Doktor Muhəmməd Zərif cənabları İraq Respublikasına etdiyi rəsmi səfərində bu ölkənin rəsmi şəxsləri ilə yanaşı Nəcəfi Əşrəf şəhərində yerləşən Ali Təqlid Mərcələri ilə də görüş keçirdib.

Məlumata əsasən, ilk öncə Ali Təqlid Mərcəsi Ayətullah Bəşir Nəcəfi, Seyyid Muhəmməd Həkim və Ayətullah Seyyid Əli Sistani cənabları ilə görüşən Doktor Zərif daha sonra Ali Təqlid Mərcəsi olan Muhəmməd İshaq Fəyyaz ilə görüş keçirdib.

Görüş zamanı İraq Respublikasında baş verən son olaylar, ev-eşiklərindən didərgin düşmüş kütlənin durumu və habelə xalqın içərisindən yaradılan Könüllü Dəstələrin necə terrorçu ünsürlər ilə mübarizə aparmaqları, habelə milli birlikin əldə olunması və s. mövzular haqqda geniş müzakirələr aparılıb.

İraqın Tehrandakı rəsmi səfiri Muhəmməd Məcid əl-Şeyxin bildirdiyinə görə, Doktor Zərif il keçirilən görüşdə digər Ali Təqlid Mərcələri kimi Ayətullah Sistani cənabları da öz növbəsində İran İslam Respublikasna azğın “sələfi” ünsürləri qarşısında möhkəm dayanaraq İraq xalqına göstərdikləri əbəssiz yardımlara görə öz dərin təşəkkürünü bildirib.

İraqlı diplomatın bildirdiyinə görə, İran İslam Respublikasının Xarici İşlər Naziri Doktor Zərif cənabları da öz növbəsində bir daha İran İslam Respublikasının terrorla mübarizədə İraqa təmənnasız köməkliklər göstərəcəyini vurğulayaraq, Ayətullah Sistani cənablarının səmimiliyinə görə öz minnətdarlığını bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Doktor Zərif: İran İslam Respublikası terrorla mübarizədə İraqa təmənnasız köməkliklər göstərəcəyini davam etdirəcək
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap