header

 “Azercell”in ermənilərlə işbirliyi

Səbəbin nə olmasından asılı olmayaraq bu gün Gədəbəydə “Azercell” ermənilərə əvəzsiz informasiya xidməti göstərir

Bir neçə gün əvvəl Gədəbəyə qısa səfərim oldu. Bu səfərim zamanı çox maraqlı bir reallıqla rastlaşdım. Amma bu reallıq nə Gədəbəyin gözəl təbiəti, nə də əsl təbii sərvət olan qızıl kimi insanları ilə bağlı deyildi. Rastlaşdığım fakt Azərbaycanın ən iri mobil operatoru ilə bağlı idi. Nə qədər acı da olsa “Azercell”i erməni informasiya maşınının bir vinti rolunda gördüm. Sözsüz ki, bu faktı dərhal fiksə etdim.

İndi isə hər şey detallı.

Səfər etdiyim bölgə Gədəbəyin Qızıltorpaq ərazi vahidi idi.

Bu ərazi vahidi də “Azercell”in əhatə dairəsindədir. Və burada “Azercell” abunəçilərinin telefonlarında maraqlı yazılar peyda olur. Daha doğrusu ərazi göstərişləri təəccüb və təəssüf doğurur.

 

“Bashkend, Gelarkunik, Armenia”

Gədəbəy Ermənistanla həmsərhəd rayonlarımızdan biridir. Qarabağ müharibəsinin aktiv fazasında cəbhənin bu istiqamətində də kifayət qədər qanlı döyüşlər gedib. Erməni Silahlı Qüvvələri Gədəbəyin Mutudərə kəndini müvəqqəti ələ keçirə də biliblər. Lakin Azərbaycan əsgəri ermənilərin ələ keçirdiyi kəndləri və daşnak yuvasına çevrilən Başkəndi azad edib. Hazırda bu istiqamətdə ermənilərin əlində qalan ərazimiz yoxdur. Amma ermənilərin informasiya əsarətində olan ərazilərimiz var. Məhz fotoda gördüyünüz fakt həmin işğalın faktiki nümunəsidir.

Əlbəttə kimsə bu faktı hansısa texniki və yaxud başqa səbəblə izah edə bilər. Ancaq bu fakta sadə Azərbaycan vətəndaşının gözü ilə baxın: Gədəbəydə Qızıltorpaq ərazi vahidində dayanmısınız, amma əlinzidıki telefon deyir ki, bura “Gelarkunik, Armenia”dır.

Təbii ki, bu çox xoşagəlməz psixoloji fon yaradır.

Bəs bu halın mövcudluğuna kimlər və hansı formada nəzarət etməli və qarşısını almalıdır?

Təbii ki, birinci növbədə belə hal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin narahat etməli və bunun qarşısı alınmalıdır.

İkincisi, söhbət Azərbaycanın milli maraqlarının təhlükəsizliyindən getdiyinə görə, Milli Təhlükəsizlik Nazirliyi məsələni araşdırıb, təqsiri olanlardan hesab sormalıdır.

Üçüncüsü, Gədəbəy rayon icra strukturları bu hal barədə məsələ qaldırmalıdır. Gədəbəy kimi  mühüm strateji bölgədə erməni informasiya həmləsinə belə asanlıqla təslim olmağı başa düşmək çox çətindir.

Güman edirəm ki, həm “Azercell”, həm də adı çəkilən əlaqədar dövlət strukturları bu məsələni araşdırıb ciddi addımlar atacaq.
Səbəbin nə olmasından asılı olmayaraq bu gün Gədəbəydə “Azercell” ermənilərə əvəzsiz informasiya xidməti göstərir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap