header

 Ərdoğan Bakıya nurçu məsələsinə son qoymağa gəlir

Türkiyənin yeni prezidentini səfəri bir neçə məmura ciddi problem yarada bilər

Ərdəbil Məhde Təşəyyo -  Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ərəfəsində nurçularla əlaqədə ittiham olunan məmurlara qarşı yenidən hücumlara başlanılıb. Özü də bu hücumlara hakimiyyətin nəzarətində olan media quruluşlarında rast gəlinir. Əldə etdiyimiz məlumata görə, Ərdoğanın səfəri əfərəsində nurçu məsələsinin yenidən gündəmə gəlməsi təsadüfi deyil.

Çünki Ərdoğanla Ilham Əliyevin görüşündə əsas müzakirə mövzularından da biri yenə də nurçuların sıxışdırılması olacaq. Daha doğrusu Ərdoğan bu məsələyə birdəfəlik son qoyulmasını tələb edəcək. Hələ aprel ayında Ərdoğan Azərbaycana səfər edərkən bu məsələ ciddi müzakirə olunmuşdu. Məhz onun səfərindən sonra nurçuların sıxışdırılmasına başlanıldı. Nurçulara bağlı olan məktəblər qapadıldı. Nurçularla əlaqəli olan bəzi hakimiyyət təmsilçiləri (Elnur Aslanov, Ceyhun Osmanlı, Elşad Isgəndərov) küncə sıxışdırıldı.

Lakin görünən odur ki, Ərdoğan nəticədən tam razı deyil. O, Azərbaycanda biznesi olan nurçuların, həmçinin bu şəbəkə ilə əlaqədə şübhəli bilinən iri məmurların da “vurulmasını” istəyir. Həmin məmurların hakimiyyətdəki rəqibləri də bundan yararlanaraq Ərdoğanın səfəri ərəfəsində məsələni yenidən gündəmə gətiriblər. Hazırda əsas hədəfdə olan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. Ehtimal olunur ki, Ərdoğanın səfəri bir neçə məmur, o cümlədən Rövnəq Abdullayev üçün ciddi problemlər yarada bilər.

Türkiyənin yeni prezidentini səfəri bir neçə məmura ciddi problem yarada bilər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap