header

 Şok: İŞİD-in Azərbaycan gənclərini Suriya üçün hazırlamasının şok detalları

Təşkilat İstanbul məscidlərini “işğal edib”

 

Fəaliyyəti ilə hələ də ciddi təhdid mənbəyi olduğunu göstərən İŞİD təhdidi Azərbaycan sərhədlərinə yaxınlaşmaqdadır. Söhbət İŞİD-in Şimali Qafqaz və Türkiyədə mövqelərini tədricən gücləndirməsindən gedir. Şimali Qafqazda qurumun mövqeyini vəhhabilərə görə gücləndirdiyi çoxdan məlum idi. Belə bir vaxtda isə İstanbulun Ömərli səmtindəki piknik bölgəsində bayram namazı üçün toplanan sələfi qrup insanlara çağırış edib.

Türkiyənin "Milliyət" qəzeti yazır ki, bayram namazı üçün toplaşan vəhhabilər təbliğat xarakterli bir sıra çıxışlar edib. Kütləyə xitab edən pişnamaz tez-tez "cihad" sözünü işlətməsi ilə diqqət çəkib. Onun dediyi bir cümlə isə konkret olaraq İŞİD-in təbliğatına hesablanıb: "Allahım, cihad edən səbrli mücahidlərə kömək ol, onları qələbəyə çatdır. Onları qoru və atəşlərini hədəfə çatdır". Bütün bunlar Türkiyədə İŞİD təhlükəsinin kifayət qədər böyüdüyünü göstərir. Xatırladaq ki, bundan əvvəl sözügedən terror təşkilatı Suriyanın Türkiyəyə yaxın sərhədində öz bayrağını yenidən qaldırıb.

Türkiyənin Şanlıurfa əyalətinin Ağcaqala mahalı ilə üzbəüz yerləşən Suriyanın Telabyad mahalının idarəsini ələ keçirən İŞİD terrorçularının Türkiyə sərhədi yaxınlığında asdığı bayraq Türkiyənin Ağcaqala ərazisindən aydın şəkildə görünür. Ümumiyyətlə, bu qruplaşmanın Suriya və İraq kimi Türkiyəyə də cihad elan etdiyi məlumdur. İŞİD-in Türkiyə nümayəndəliyinin Suriyadakı daxili savaş sona yetdikdən sonra, İstanbul başda olmaqla, Türkiyədə böyük əməliyyatlar həyata keçirməyə hazırlaşdığı da sirr deyil. Hətta bəzi İŞİD üzvlərinin "İnşallah İstanbulu alacağıq" sözlərinin Türkiyə kəşfiyyatı tərəfindən qeydə alındığı bildirilir.

Qeyd edək ki, Türkiyədə 2 ilə yaxındır muzdlu yaraqlılar toplayan İŞİD-in Türkiyə ilə bağlı planları Türkiyənin xüsusi xidmət orqanlarının bu ilin yanvar ayında keçirdiyi əməliyyat zamanı üzə çıxıb. Həmin əməliyyat zamanı Van mərkəz olmaq üzrə İstanbul, Adana, Qaziantep, Kilis, Kayseridə onlarca İŞİD üzvü saxlanmışdı. Əməliyyatda Türkiyənin ən böyük İŞİD qruplarına liderlik edən Halis Bayancuk da həbs edilmişdi. Belə vəziyyətdə Türkiyənin qurplaşmaya qarşı hərbi əməliyyatlara başlamasının vacibliyini bəyan edənlərin də sayı artır. Türkiyədə isə qruplaşmaya qarşı hərbi əməliyyatlar istisna olunmur. Bu məsələdə NATO da Türkiyəyə yardım edə biləcəyini açıqlayıb. NATO-nun Avropa Müttəfiq Qüvvələrinin ali komandiri, amerikalı general Filip Bredlov bəyan edib ki, məcbur qalsaq, müttəfiqimiz olan Türkiyəni müdafiə edəcəyik. O, Türkiyənin cənub sərhədlərində yaşananlardan narahatlıq duyduqlarını bildirib: "NATO Türkiyə sərhədlərində baş verənlərə görə narahatdır. Türkiyə müdafiə edəcəyimiz bir müttəfiqimizdir. İraqdakı döyüşlərin Türkiyəyə və Avropadakı digər müttəfiqlərimizə toxunması ehtimalından olduqca böyük narahatlıq keçiririk".

Türkiyədə cəfərilər təriqətinin liderlərindən olan Əhli-beyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı isə bu günlərdə "Cumhuriyyet" qəzetinə açıqlamasında olduqcu ilginc fikirlər səsləndirib: "İŞİD İstanbul məscidlərini işğal edib və Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçərək Suriya və İraqa yola salır. İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimatlandırılıb Suriyaya yola salınır.

Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır. İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi, mühafizə istəyəcəkdik".

“Ərdəbil Məhde Təşəyyo -a istinadən məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir. H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər: "Sizə burada azan oxutmağa imkan verməyəcəyik" deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də Fatihdir. Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşürlar paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə Camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən xəbərinin olmaması mümkün deyil". Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir. Bütün bunlar İŞİD təhlükəsinin ölkəmiz üçün də böyüməkdə olduğunu üzə çıxarır.

 

Təşkilat İstanbul məscidlərini “işğal edib”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap