header

 ABŞ serialında azərbaycanlı terrorçu – Video

ABŞ-ın “Lifetime” kabel televiziya kanalında yayımlanan “Loterya” serialında qatil-terrorçu obrazı azərbaycanlı kimi təqdim olunub


Ərdəbil Məhde Təşəyyo -  “Lotereya” (The Lottery) serialı bir ay əvvəl “Lifetime” kabel kanalında yayımlanmağa başlayıb. Postapokaliptik fantastika janrında olan filmin süjetinə görə, gələcəkdə qadınlar doğmaq qabiliyyətini itirirlər. 100 embrion süni şəkildə mayalanandan sonra, onları bətnində daşımaq üçün 100 qadın lotereya yolu ilə seçilir.

Şounun birinci sezonun dördüncü bölümünün əvvəllərində həmin proqrama rəhbərlik edən qadın alimi öldürməyə çalışan terrorçunun milliyyətinin azərbaycanlı olduğu bildirilir. Qeyd edək ki, filmdə qadını qoruyan FBI əməkdaşları “azərbaycanlı” terrorçunu yerindəcə güllələyirlər.

Serialın yaradıcısı və ssenari müəllifi Timoti C. Sekston, prodüser və rejissor isə Deni Kennondur. Baş rolda Marli Şelton oynayan filmi “Warner Horizon Television” studiyası istehsal edib.

Sirr deyil ki, Hollivud filmlərində məhz kimlərin terrorçu kimi göstərilməsi heç vaxt təsadüfi seçilməyib. Məsələn, “soyuq savaş” dövründə terrorçular əsasən ruslar olurdular. Sonradan bu yeri şimali koreyalılar, çinlilər, daha sonra ərəblər tutmağa başladı. Və bu seçim əslində ictimai fikrə təsir göstərməyin bir metodudur. İndi azərbaycanlının terrorçu kimi göstərilməsi nə məqsəd daşıyır? Hardan hara? Nəyə görə? Məgər dünyada "azərbaycanlı terrorçu" faktoru var?

 

Video: https://www.youtube.com/watch?v=qyyMEEREOKE

ABŞ-ın “Lifetime” kabel televiziya kanalında yayımlanan “Loterya” serialında qatil-terrorçu obrazı azərbaycanlı kimi təqdim olunub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap