header

 İŞİD sünni məscidini partladıb şiələrin üstünə atdı

Məscidi partladıb məzhəb qarşıdurması yaratmaq istədilər


İraqın Diyala bölgəsində sünni məscidinin partladılması nəticəsində ən az 46 nəfər ölüb, 50 nəfər də yaralanmışdı. Bu xəbər isə "şiələr sünni məscidini partlatdı” başlığı ilə dünya mediasında surətli formada yayılmışdı.


Ərdəbil Məhde Təşəyyo -ın “apnews”-a istinadən verdiyi xəbərə görə, İraqın Diyala bölgəsində sünni məscidinin partladılması xəbərinə İraq ordusu tərəfindən aydınlıq gətirilib.

İraq ordusu və polis idarəsi tərəfindən verilən rəsmi açıqlamada teraktın İŞİD terrorçuları tərəfindən məqsədyönlü formada törədildiyi açıqlanıb. İŞİD terror təşkilatının hədəfi İraqın şiə və sünni əhalisi arasında fitnə yaratmaq olub. Terrorçular əvvəlcə atəş açıblar, sonra isə məscidi partladaraq qaçıblar.

İŞİD terrorçularının şiə bölgələrində də oxşar teraktlar törədərək, sünnilər tərəfindən edildiyi barədə böhtan xarakterli məlumatlar yaydığı da vurğulanıb.
Məscidi partladıb məzhəb qarşıdurması yaratmaq istədilər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap