header

 Azərbaycanla İran neft-qaz sahəsində əməkdaşlığı genişləndirir

IslamTimes - Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti rəhbərliyinin dəvəti ilə İranda səfərdə olub.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan neftçiləri İranın Neft Nazirliyində, bu ölkənin neft və qaz şirkətlərində görüşlər keçiriblər.

X. Yusifzadənin İranın neft nazirinin müavinləri Rüknəddin Cavadi və Əli Məcidi, o cümlədən İran Milli Qaz Şirkəti baş direktorunun müavini Əzizulla Ramazani ilə görüşlərində neft və qaz sahəsində Azərbaycan-İran əməkdaşlığının vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz hasilatı, nəqli və ixracı sahəsində imkanları iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi olub.

KEPKO-nun baş direktoru Əli Osuli rəhbərlik etdiyi şirkətin ARDNŞ ilə Xəzərdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz layihələrində Azərbaycan-İran əməkdaşlığının daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan neftçilərinin iranlı həmkarları ilə keçirilən görüş və danışıqlarının sonunda qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
IslamTimes - Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti rəhbərliyinin dəvəti ilə İranda səfərdə olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap