header

 “Vəhhabilik yəhudi məhsuludur” deyən şeyx BƏƏ-də həbs edilib

"Mən bu həqiqətləri hayqırmağa məcburam. Allah qatında bunları demək vəzifəmdir"

İslamazeri.az-ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, əslən iraqlı olan Şeyx Əhməd Əl-Qubeysi vəhhabi cərəyanının banisi Məhəmməd ibn Əbdulvəhhabı təhqir etdiyi iddiası ilə Dubay polisi tərəfindən həbs edilib.

Onun vəkili Osman Uteybi bu barədə açıqlama verib. O, bildirib ki, müvəkkili bir neçə gün əvvəl telekanalların birində vəhhabi cərəyanının banisi və cərəyan barədə təhrikedici fikirlər səsləndirməkdə ittiham edilir.

İŞİD terrorçularının Mosul və digər bölgələrdə müqəddəs məkanları dağıtması barədə verilən suallara Şeyx Əl-Qubeysi belə cavab verib: “Əbubəkr Bağdadi yəhudi xidmətçisidir. İmam Huseynin (ə) qatili ondan şərəflidir. İŞİD və oxşar qruplar, hətta Məhəmməd ibn Əbdülvəhhab 100% yəhudi zehninin məhsuludur. Əgər məni öldürmək istəsələr, öldürsünlər. Mən bu həqiqətləri hayqırmağa məcburam. Allah qatında bunları demək vəzifəmdir. Bu qrup yəhudi məhsuludur və məqsədi İslam ümmətini parçalamaqdır ki, bunu da bacardığı görünür.”

Sünni alimlərindən olan Şeyx Qubeysi iki il əvvəl isə Muaviyə ibn Əbu Sufyanı tənqid etdiyi üçün bir çox təzyiqlərə məruz qalıb və bir müddət telekanallarda çıxışı qadağan edilib.

"Mən bu həqiqətləri hayqırmağa məcburam. Allah qatında bunları demək vəzifəmdir"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap