header

 ABŞ üçün müsəlman, ağ, qara – fərqi yoxdur


Ərdəbil Məhde Təşəyyo -  Missuri ştatının Sent Luis şəhərində polis əməkdaşı tərəfindən daha bir qaradərili gənc qətlə yetirilib.

Hadisə bir müddət əvvəl 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsi səbəbindən meydana gələn iğtişaşların hələ də davam etdiyi Ferqyuson şəhəri yaxınlığında baş verib. Polisin məlumatına görə, ölən şəxs mağazanı qarət etməkdə şübhəli bilinir və saxlanılan zaman bıçaqla polis əməkdaşına hücum edib.

Sosial şəbəkələrdə isə haqlı olaraq belə sual yaranıb: “Demokratiyanın carçısı” ABŞ-da baş verənlər nəyin təzahürüdür?!

Əslində, ABŞ-ın insanlığa verdiyi dəyər Yaxın Şərqdə və digər İslam dövlətlərində nümayiş etdirilmişdi. İraqda, Əfqanıstanda milyonlarla insan öldürən, milyonlarla uşaq yetim qoyan, milyonlarla ailəni başsız edən, bəşəriyyətin qanına susayan ABŞ siyasəti necə ola bilər ki, öz ölkəsində insanlara qarşı humanist olsun? Dəfələrlə tarixi hadisələr sübut edib ki, ABŞ üçün müsəlman, ağ, qara – fərqi yoxdur! Şərqdə demokratiya dalınca gəzən ABŞ öz ölkəsində bunu tapmırsa, deməli, “demokratiya” onların dünyanı zəbt etmək üçün silahıdır. ABŞ-da baş verən son hadisələr bir daha ərəb, İslam dünyasına dərs olmalıdır.

 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap