header

 Gömrükdəki korrupsiyanın görünməyən tərəfləri

Statistika Komitəsinin hesabatı şok faktlar ortaya çıxarıbVahid Məhərrəmov: «Qiymətləri süni surətdə aşağı endirməklə dövlətə, büdcəyə çatacaq külli miqdarda maliyyə vəsaitini mənimsəyirlər»

Iqtisad elmləri doktoru Qubad Ibadoğlu yenidən gömrükdəki korrupsiya probleminə toxunub. “Turan”ın məlumatına görə, bu amil təkcə dövlət büdcəsinə mədaxildə əksini tapmır, ölkə vətəndaşlarının cibinə də ziyandır. Ekspertin hesablamasına görə, Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı “Azərbaycanın xarici ticarəti - 2013" məcmuəsinə əsasən, ötən il 1 kiloqram idxal edilən kartof 4-15 sentə (3-12 qəpik) sənədləşib. Amma istehlakçılar 1 kiloqram kartofu 1 manatdan ucuz almayıb.

DSK-nın hesabatına əsasən, 2013-cü ildə Irandan Azərbaycana 32 625,9 min ton kartof gətirilib. Məhsul gömrükdə 4 milyon 585 min dollar və ya 1 kiloqramı 0,14 dollara, 15,8 min ton Rusiya kartofunun 1 kiloqramı isə 0,04 dollara bəyan edilib.

Qeyd edək ki, gömrükdə sui-istifadə kartofla bitmir. Məsələn, ötən il 18 min ton düyünün kiloqramı gömrükdə 36,8 sentə bəyan edilib. Pərakəndə satışda 1 kiloqram düyü 1-3 manatdır. Düyü daha çox Hindistandan idxal edilir - 8 173,9 ton. Gömrük 1 kiloqram düyünü 35,1 sentdən sənədləşdirib. Pakistan düyüsü (ötən il 743 ton) gömrükdə kiloqramı 0,62 dollara sənədləşib. Pərakəndə satışda Pakistan düyüsü 4 dəfə bahadır.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov “Azadlıq”a açıqlamasında bildirdi ki, bu yalnız aysberqin görünən hissəsidi: “Keçən il Azərbaycana Gürcüstandan 109 min 435 baş diri iribuynuzlu mal-qara idxal olunub. Bu iribuynuzlu heyvanın hər biri orta hesabla 29 dollar 91 sent dəyərində sənədləşdirilib. Orta hesabla 100-120 kiloqram ət çıxışı verən iribuynuzlu heyvanların hər biri 3 kiloqram ət dəyərində sənədləşdiriblər. Bu çox ciddi məsələdi. Bundan başqa, Yeni Zellandiyadan idxal olunan kərə yağının hər kiloqramını 2 dollar 62 sentə, Rusiyadan və Vyetnamdan idxal olunan balığın kilosu 50 sentə (bizim manatla 40 qəpiyə), Hindistandan gələn düyünü 35 sentə, (təxminən 28 qəpiyə), Danimarkadan gətirilən pendir isə 69 sentə (təxminən  55-56 qəpiyə) sənədləşdirilib”.

Vahid Məhərrəmov deyir ki, bir sıra ölkələrdən idxal olunan malın, məhsulun dəyəri süni olaraq endirilib: “Nə kortofun, nə balığın, nə də sadaladığım digər məhsulların idxal olunan ölkələrdə topdansatış qiyməti sənədləşmədəki kimi deyil. Süni olaraq qiyməti endiriblər. Məqsəd həmin idxalla məşğul olan sahibkarlardan ola bilsin ki, ”hörmət" alaraq həyata keçiriblər. Digər tərəfdən, Azərbaycana heç bir malı, məhsulu müstəqil şəkildə başqa ölkələrdən idxal etmək mümkün deyil. Əgər xaricə gedib-gəlirsinizsə, özünüzlə kiçik həcmdə məhsul gətirə bilərsiz. Bu, satış məqsədilə ola bilməz. Satış məqsədilə gətirilən bütün məhsulları müəyyən adamlar, yəni həmin malın idxalını inhisara alan şəxslərlə razılaşdıqdan sonra gətirmək mümkündü. Məhsulların süni olaraq idxal qiymətini endirmək yuxarıların razılığı olmadan mümkün deyil, görünür, onların “bığının” altından keçirlər".

Ekspertin sözlərinə görə, qiymətləri süni surətdə aşağı endirməklə dövlətə, büdcəyə çatacaq külli miqdarda maliyyə vəsaitini mənimsəyirlər: “Qiymətlərin endirilməsi yolu ilə yaranmış fərq, dövlətə ödəniləsi maliyyə vəsaiti, təəssüflər olsun ki, bu sahədə, gömrükdə fəaliyyət göstərən xüsusi adamların vasitəsilə mərkəzləşmiş qaydada təşkil olunmuş ”katyol"a gedir və oradan da hər bir məmur üçün faiz etibarı ilə bölgülər aparılır. Bir sözlə, qiymətləri süni surətdə aşağı endirməklə dövlətə, büdcəyə çatacaq külli miqdarda maliyyə vəsaitini mənimsəyirlər".

Statistika Komitəsinin hesabatı şok faktlar ortaya çıxarıbVahid Məhərrəmov: «Qiymətləri süni surətdə aşağı endirməklə dövlətə, büdcəyə çatacaq külli miqdarda maliyyə vəsaitini mənimsəyirlər»
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap